Xəbər lentİ
 19-09-2019  Neft yenidən bahalaşıb


Xətaidə ağaclar belə məhv edilir — FOTOFAKT

15:31, 02.09.19
198
hadise
Xətaidə ağaclar belə məhv edilir — FOTOFAKT



Bakıda “Xətai” metrostansiyasının açılışı ərəfəsində ağacları kəsərək, kökünə od vurub yandırıblar.
Demokrat.az xəbər verir ki, naməlum şəxslər tərəfindən törədilən bu hərəkət ətrafdakı insanlar tərəfindən qınanılıb.
Kəsilən ağacların kökünü yandıran şəxslər izi itirmək məqsədilə həmin ağacların dibinə su tökərək, söndürdülər. Nəticədə isə kəsilmiş ağacların cücərməsinin qarşısı alınıb.
Hazırda sözügedən ərazidə 3 ağac kəsilib, onun ikisinin quru olma ehtimalı var. Quru olması ehtimal edilən ağaclardan biri hələ ki, yandırılmayıb. Yaxın zamanlarda həmin ağacların da yandırılaraq, tamamilə məhv edilməsi ehtimal edilir.
Məsələ ilə bağlı Xətai rayon İcra Hakimiyyəti və digər müvafiq qurumlar hələ ki, susur.
"Ekofakt"ın yaydığı həmin fotoları təqdim edirik:
Xətaidə ağaclar belə məhv edilir — FOTOFAKT
Xətaidə ağaclar belə məhv edilir — FOTOFAKT
Xətaidə ağaclar belə məhv edilir — FOTOFAKT
Xətaidə ağaclar belə məhv edilir — FOTOFAKT

Fikirlər

 Oxşar xəbərlər: