Sabunçuda 29 yaşlı qadın bıçaqlandı

18:13, 06.08.19
149
hadise
Sabunçuda 29 yaşlı qadın bıçaqlandı



Bakıda 29 yaşlı qadın bıçaqlanıb.
Qanunpress.com xəbər verir ki, hadisə Sabunçu rayonunda baş verib.
1990-cı il təvəllüdlü Gülməmmədova Ramilə Hafiz qızı bıçaq xəsarəti alıb. Yaralı təcili yardım vasitəsilə xəstəxanaya çatdırılıb.
Ona qarının ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Yaralıya ilkin tibbi yardım göstərilib. R.Gülməmmədovanın vəziyyətinin stabil olduğu bildirilir.
Hadisənin hansı səbəbdən baş verməsi Sabunçu Rayon Polis İdarəsində araşdırılır.

Fikirlər

 Oxşar xəbərlər: