Xəbər lentİ
 22-11-2019  Sabah qar yağacaq
 20-11-2019  Sabah qar yağacaq


Salyan sakinindən narkotik götürüldü

23:59, 05.01.18
215
hadise
Salyan sakinindən narkotik götürüldü



Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, həmin əməlləri törədən şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində ötən gün növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib və nəticədə külli miqdarda narkotik vasitə aşkar olunaraq götürülüb.

DİN Mətbuat Xidmətinin Şirvan regional qrupundan “Qafqazinfo”ya verilən məlumata görə, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən, əvvəllər də eyni əməllərinə görə məhkum olunmuş rayon sakini Elmar Rəsulov polis əməkdaşları tərəfindən saxlanılıb. E.Rəsulovun üzərinə baxış zamanı ümümi çəkisi 17,763 qram narkotik vasitə olan tiryək götürülüb.

Əməliyyatın davamı olaraq onun yaşadığı evə baxış zamanı ümümi çəkisi 351,833 qram tiryək, ümümi çəkisi 1,378 qram olan heroin və 1 ədəd tərəzi aşkar edilərək götürülüb.

Faktla bağlı Salyan RPŞ-nin İstintaq bölməsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq gedir.

Fikirlər

 Oxşar xəbərlər: