Sizin reklam burada
Sizin reklam burada

Azərbaycanda meşələri kim qırır? – FOTO

Azərbaycanda meşələri kim qırır? – FOTO





Azərbaycanın bir neçə rayonlarında kütləvi ağac və kolların kəsilməsi ilə bağlı fotolar yayılıb.

Xeberfakt.az xəbər verir ki, bu barədə ekoaktivist Cavid Qara feysbuk hesabında paylaşıb.

O bildirib ki, Qusar rayonu Qalacıq meşəsinin yerdə qalan hissəsinin böyük hissəsini məhv edilib: “Meşənin qalın (10-15 metrelik ağaclar) olan hissəsindən toplam 110 hektar tam məhv edilib və təqribən 100 hektardan çox sıx kolluq. Bu proses meşə istiqamətində davam edir və axırı yoxdur. Ən son peyk görüntlərini indicə aldım”.

Bununla yanaşı C.Qara Şəki və Oğuz rayonlarında da kültəvi ağac kəsilməsi ilə bağlı məlumat verərək, peykdən görüntülərini paylaşıb: “Şəkinin Baqqal və Cunud kəndləri yaxınlığında 1200 hektar kolluq, meşəlik, açıqlıq qarışıq təbiət ərazisi məhv edilib. Yəqin ki, böyük hissəsi meşə fondudur. Ortaya çıxası heç bir nəzarət mexanizmimiz və meşə fondunun ictimaiyyətə açıq bir xəritəsi yoxdur. Oğuzun Malıx kəndi yaxınlığındakı meşə qırğını poliqonlarından biri 27 hektarlıq yerdir. Yaxınlıqda başqa bir poliqon da var”.

Meşələrin inkişafı xidmətinin rəisi Namik Xıdırov yeniavaz.com-a bildirib ki, Şəkinin Bideyiz kəndi yaxınlığındakı açıq meşə sahəsində fındıq bağı salınır: “Milli Meşə Proqramına uyğun olaraq açıq meşə sahələrində aqrobağların salınması üçün şərait yaradılır, Şəkinin Bideyiz kəndi yaxınlığındakı açıq meşə sahəsində də fındıq bağı salınır. Meşə fondunun istifadəsiz qalmış açıq sahələrinin potensialından səmərəli istifadə etmək məqsədilə açıq meşə fondu torpaqları icarəyə verilə bilər.

Hazırda meşə ərazilərinin açıq sahələrində aqrobağların və sənaye əhəmiyyətli meşələrin salınması işləri həyata keçirilir. Bu da meşə örtüyünün artması ilə yanaşı yeni iş yerlərinin açılmasına, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına, ixrac potensialının yüksəlməsinə və ərzaq bolluğuna səbəb olacaq”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin sözçüsü İradə İbrahimova Yeniavaz.com-a Qusar rayonu Qalacıq meşəsində və Oğuzun Malıx kəndi yaxınlığındakı meşədə ağacların kəsilməsi ilə bağlı məsələnin araşdırılacağını bildirdi. (Yeniavaz.com)
Azərbaycanda meşələri kim qırır? – FOTO
Azərbaycanda meşələri kim qırır? – FOTO
Azərbaycanda meşələri kim qırır? – FOTO
Azərbaycanda meşələri kim qırır? – FOTO

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ