Sizin reklam burada
Sizin reklam burada

Vüqar Səfərlinin sürücüsü də həbs olundu

 Vüqar Səfərlinin sürücüsü də həbs olundu



Dünən həbs edilən KİVDF-nin keçmiş icraçı direktoru Vüqar Səfərlinin sürücüsü Əlikram Güləhmədov da saxlanılıb.
Qanunpress.com Rupor-a istinadla xəbər verir ki, Ə.Güləhmədov müdiri Vüqar Səfəliyə qarşı irəli sürülən eyni istintaq işi üzrə həbs olunub.
Qeyd edək ki, Vüqar Səfərli dünən həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini leqallaşdırma), 308.2 (ağır nəticələrə səbəb olan mühüm zərər vurulmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 308-2.4 (satınalma prosedurları keçirilmədən külli miqdarda ziyan vurmaqla dövlət vəsaitlərini xərcləmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ