Xəbər lentİ


Düşmən yenə Tərtərdə evləri və mülki obyektləri atəşə tutub - döyüşlər davam edir

07:51, 07.10.20
163
hadise
Düşmən yenə Tərtərdə evləri və mülki obyektləri atəşə tutub - döyüşlər davam edir



Cəbhədə şiddətli döyüşlər davam edir.

Bu barədə "Report"un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir.

Ermənistan silahlı qüvvələrinin bölmələri qəsdən və məqsədyönlü şəkildə Tərtər şəhərini və ətraf kəndləri yenidən artilleriya atəşinə tutur, dinc sakinləri hədəf alır.

Oktyabrın 6-sı səhər saatlarından başlayaraq ermənilər şəhərin ərazisinə bir neçə top mərmisi atıb. Nəticədə yaşayış evlərinə, mülki obyektlərə ziyan dəyib.

Azərbaycan Ordusu tərəfindən düşmənə adekvat tədbirlər görülür, hazırda döyüşlər davam edir.

Fikirlər

 Oxşar xəbərlər: