Xəbər lentİ


"Ermənilər hardan atəş açırsa, Azərbaycan ordusu o yeri tapıb məhv edir" - deputat

08:56, 06.10.20
31
hadise
"Ermənilər hardan atəş açırsa, Azərbaycan ordusu o yeri tapıb məhv edir" - deputat



“Dinc əhaliyə atəş açılması növbəti erməni xisləti, məkridir”.

Bunu KONKRET.az-a açıqlamasında deputat Elman Məmmədov bildirib.

O, qeyd edib ki, ermənilər bütün tarix böyu müdafiəsiz, dinc əhaliyə qarşı müharibə edir, soyqırımlar, qətliamlar törədirlər:

“100 il bundan öncə də, 20-ci əsrin sonlarında da, bu gün də ermənilər dinc əhalini, mülki obyektləri və əmlakları atəşə tuturlar. Onların məqsədi əhali arasında təşviş və qorxu yaratmaqdır. Ancaq istəklərinə nail ola bilməyəcəklər”.

Deputat vurğulayıb ki, Azərbaycan heç bir zaman hərbi əməliyyatlar zamanı mülki əhaliyə qarşı qırğınlar törətməyib:

“Həmişə beynəlxalq konvesiyalara əməl etmişik. 1949-cu ildə qəbul olunmuş və hamıya məlum olan Cenevrə konvensiyaları var. Ermənilər hər zaman bu konvesiyaları pozub. Birinci Qarabağ müharibəsi və 90-cı illərin əvvəllərində də dinc əhalini qətlə yetiriblər. Xocalıda və başqa yerlərdə soyqırımlar törədiblər. Orada hərbçilər yerləşməmişdi, hər biri dinc əhali idi”.

Elman Məmmədov söyləyib ki, yenidən Tərtər, Goranboy, Gəncə, Beyləqan, Ağdam və digər yerlərdə dinc əhalini hədəf alırlar:

“Ermənilər, hətta Xızını belə raket atəşinə tutublar. Bu, ermənilərin murdarlığının sübutudur. Ancaq Azərbaycan ordusu onların atəş nöqtələrini aşkara çıxararaq darmadağın edir. Cənab Prezident oktyabrın 4-də xalqa müraciətində və xarici televiziyalara müsahibəsində də vurğuladı ki, Azərbaycan ərazilərində yaşayan erməni vətəndaşlara deyirik ki, hərbi əməliyyatlar gedən ərazilərdən uzaq durun. Rəsmi Bakı sadəcə ermənilərin hərbi hədəflərini və mövqeləri məhv edir. Bizim əməliyyatlarımız erməni hərbçilərinə qarşıdır, dinc əhali hədəf seçilməyib. Amma ermənilər hər zaman olduğu kimi bu gün də dinc əhalimizi hədəfə alıblar. Amma paylarını da alırlar. Hardan atəş açılırsa, Azərbaycan ordusu o yeri tapıb məhv edir. Qələbə bizimlə olacaq. Uğurlarımız davam edir”.

Fikirlər

 Oxşar xəbərlər: