Xəbər lentİ


Gəncə şəhər Tibb Kollecinin müəllimini qətlə yetirdilər

08:28, 29.08.20
263
hadise
Gəncə şəhər Tibb Kollecinin müəllimini qətlə yetirdilər


Gəncədə qətl hadisəsi olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Gəncə şəhər Bağbanlar qəsəbəsi, Eti Qurbanov küçəsində qeydə alınıb.

Belə ki, naməlum şəxs 1953-cü il təvəllüdlü Yusif Dəmirovun ürək nahiyəsindən və sol bazu nahiyəsindən bir neçə bıçaq zərbələri endirib.

Yaralı aldığı bıçaq zərbələrindən hadisə yerindəcə keçinib.

Qeyd edək ki, Y.Dəmirov Gəncə şəhər Tibb Kollecinin müəllimi olduğu bildirilir.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.

Fikirlər

 Oxşar xəbərlər: