Xəbər lentİ


Azərbaycanda ictimai-iaşə müəssisələrinin iş vaxtı daha 3 saat azaldılıb

12:33, 24.03.20
144
gundem
 Azərbaycanda ictimai-iaşə müəssisələrinin iş vaxtı daha 3 saat azaldılıb



Azərbaycanda ictimai-iaşə müəssisələrinin iş müddəti bu gündən daha 3 saat azaldılıb.
Bu, Nazirlər Kabineti yanında Operativ Qərargahın ölkə ərazisində elan etdiyi xüsusi karantin rejimində əksini tapıb.
Qeyd edək ki, koronavirus (COVİD-19) pandemiyasının ölkədə yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan ərazisində 24 mart 2020-ci il saat 00:00-dan etibarən 20 aprel saat 00:00-dək xüsusi karantin rejimi elan edilib.
Bununla əlaqədar ictimai-iaşə müəssisələrinə də yeni iş rejimi tətbiq olunub. Müştərilərə yerində xidmət vaxtı saat 12.00-15.00 arası müəyyən edilib, evə götürmə, çatdırma və onlayn satışlara isə məhdudiyyətsiz icazə verilib.
Bundan əvvəl martın 21-də Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərara əsasən, ictimai-iaşə müəssisələrinin iş müddəti martın 22-dən başlayaraq səhər saat 09.00-dan 15.00-dək müəyyən edilmişdi.
Qeyd edək ki, ictimai-iaşə müəssisələrinə kafe, restoran, çayxana, internet klubları, bərbərxana və insanların toplaşdığı digər ictimai-iaşə müəssisələr daxildir.

Fikirlər

 Oxşar xəbərlər: