Xəbər lentİ


Binəqədidə Millət vəkili obrazının köklü surətdə dəyişdirilməsi üçün YENİLƏŞƏN PARLAMENTƏ DOĞRU !

15:40, 24.01.20
88
gundem / siyaset / cemiyyet
Binəqədidə Millət vəkili obrazının köklü surətdə dəyişdirilməsi üçün YENİLƏŞƏN PARLAMENTƏ DOĞRU !




Seçki platforması

Binəqədidə Millət vəkili obrazının köklü surətdə dəyişdirilməsi üçün
YENİLƏŞƏN PARLAMENTƏ DOĞRU !

QANUNVERİCİLİK FƏALİYYƏTİ


• Qanunların qəbul edilməsi prosesinə bir məqsəd kimi deyil, sosial-iqtisadi islahatların həyata keçirilməsində, vətəndaşlarımızın həyat səviyyəsinin yüksəldilməsində bir vasitə kimi baxılması
• Qanunların hazırlanmasında demokratik cəmiyyət və azad iqtisadiyyat prinsiplərinin daim nəzərə alınması
• Ölkənin sosial-iqtisadi həyatı üçün mühüm əhəmiyyət kəsb edən qanun layihələrinin hazırlanması prosesində ictimai rəyin nəzərə alınması

İDARƏETMƏNİN TƏKMİLLƏŞDİRİLMƏSİ

• Vətəndaşların ərizə və şikayətlərinə vaxtında baxılmasına nəzarət edilməsi və qaldırılan məsələlərin qanun çərçivəsində ədalətli həlli istiqamətində deputat fəaliyyətinin göstərilməsi
• İcra hakimiyyətinin, bələdiyyələrin, sahibkarların, qeyri-hökumət təşkilatlarının, ağsaqqal və ziyalıların iştirakı ilə Məsləhət Şurasının yaradılması
• Rayonun sosial-iqtisadi problemlərinin həllində yerli özünüidarəetmə orqanlarının rolunu artırmaq, bələdiyyələrin maliyyə təminatını və maddi-texniki bazasını yaxşılaşdırmaq məqsədi ilə müvafiq qanunvericilik bazasının təkmilləşdirilməsi
• Ayrı-ayrı sahələrdə fəaliyyət göstərən kadrların peşəkarlıq səviyyəsinin artırılması, eyni zamanda mövcud kadr ehtiyaclarının ödənilməsi məqsədi ilə insan kapitalına olan sistemli yatırımların davam etdirilməsi

İNFRASTRUKTUR

• Mərkəzi yolların çəkilişi ilə yanaşı, həm də yeni qəsəbə yollarının salınması ilə bağlı məsələ qaldırılması
• Elektrik enerjisi və qaz təchizatı ilə bağlı problemlərinin həllinə köməklik göstərmək məqsədi ilə müvafiq dövlət orqanları qarşısında məsələ qaldırılması və onun həllinə nail olunması
• Binaların istilik sisteminə qoşulması ilə bağlı təklifin qaldırılması
• Su-kanalizasiya infrastrukturunun yenidən qurulması ilə bağlı təklifin qaldırılması

SOSİAL MƏSƏLƏLƏR

• Minimum əmək haqqının aylıq deyil, 1 saata görə müəyyən edilməsi məqsədi ilə müvafiq qanunvericilik aktlarının təkmilləşdirilməsi
• Pensiyaların məbləğinin orta aylıq əmək haqqına yaxınlaşdırılması təklifinin irəli sürülməsi
• Vətəndaşlar üçün davamlı və sabit gəlir əldə etmək imkanını saxlamaq üçün yeni iş yerlərinin açılmasını təşviq edən qanunvericilik bazasının yaradılması
• Ayrı-ayrı müavinətlərlə, insanların real ehtiyaclarının uyğunluq təşkil etməsinin nəzarətdə saxlanılması
• Şəhid ailələrinə, Qarabağ müharibəsi veteranlarına, ahıl şəxslərə, əlillərə, xüsusi qayğıya ehtiyacı olan insanlara diqqət yetirilməsi
• Binəqədinin sosial-iqtisadi inkişafına nail olmaq üçün, "Bakı və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafı Dövlət Proqramına” Binəqədi ilə bağlı konkret əsaslı təkliflər verilməsi və qəbulu
• Ərazidə olan bütün nöqsanların cavabdeh orqanlar tərəfindən dərhal aradan qaldırılması
• Ərazidə kiçik müəssisələrin açılmasına və işsiz sakinlərin orada işlə təmin olunması
• Ərazidə idman komplekslərinin, məhəllə stadionlarının, gənclər evlərinin, mədəniyyət evlərinin və s. tikilməsi
• Ərazidə olan bütün bağçaların, məktəblərin, mədəniyyət evlərinin və ictimai iaşə obyektlərinin təmir edilməsi
• Pensiya yaşının aşağı salınması
• Doğuşa görə birdəfəlik ödənişlərin tətbiqi və müavinətlərin bərpası

GƏNCLƏR SİYASƏTİ

• İpoteka kreditləri üzrə şərtlərin gənc ailələr üçün yüngülləşdirilməsini nəzərdə tutan təkliflərin hazırlanması və bunu reallaşdırmaqla gənclərin mənzil təminatının yaxşılaşdırılması
• Gənc ailələr tərəfindən mənzil tikintisi üçün onlara müvafiq torpaq fondunun ayrılması məsələsinin icra orqanları qarşısında qaldırılması
• Gənclərə faizsiz uzunmüddətli ipoteka şərtləri ilə torpaq sahələrinin ayrılması
• İdmançı gənclərə xüsusi diqqət göstərilməsi, idmanın kütləviləşdirilməsi, yeni idman qurğularının qurulması, xüsusilə də şəhər stadionunun bərpası
• Gənclərin, ilk növbədə isə ali məktəb məzunlarının işlə təmin olunmasına köməklik göstərilməsi
• Azərbaycanın hüdudlarından kənarda yaşayan və işləyən gənclərin potensialının reallaşdırılmasına hər cür köməklik göstərilməsi
• Gənclərin asudə vaxtının səmərəli təşkili və onların ziyanlı vərdişlərdən uzaq tutulması üçün yeni klubların və təşkilatların yaradılması
• Gənclərin ölkə daxilində keyfiyyətli təhsil alması ilə yanaşı, onların dövlət hesabına xaricdə təhsil almaları, peşəkar kadr kimi vətənə dönmələri və yüksək təminatlı işlə təmin olunmaları üçün səylərin artırılması

TƏHSİL SİSTEMİ


• Müəllimlər üçün imtiyazların artırılmasının qanunvericiliklə təsbit olunması
• Rayon ərazisində bir neçə nümunəvi uşaq bağçasının yaradılması təklifinin müvafiq orqanlara təqdim edilməsi
• Kitabxanaların günün tələblərinə uyğun fəaliyyət göstərməsi
• Maarifləndirməni genişləndirmək və artırmaq məqsədiylə xüsusi dövlət proqramlarının hazırlanması
• Univerisitetlərə qəbul imtahanlarının maksimum sadələşdirilməsi, semestir imtahanlarının isə kifayət qədər ciddiləşdirilməsi
• Təhsil haqqlarının aşağı salınması
• Ölkədən beyin axınının qarşısının alınması üçün onların yüksək təminatlı işlə təmin olunması
• Tələbə şəhərciklərinin və yataqxanalarının tikilməsi

MƏDƏNİYYƏT

• Mədəniyyət obyektlərinin, klubların müasirləşdirilməsi məsələsinin qaldırılması
• Binəqədinin ədəbi - mədəni irsi və digər önəmli istiqamətlərdə kitabların nəşr edilməsinə dəstək göstərilməsi
• Binəqədinin mədəni potensialının tam olaraq üzə çıxarılması məqsədi ilə müxtəlif layihələrin işlənilməsi

QARABAĞ

• Bütün azərbaycanlıların ən böyük məqsədi erməni seperatçılarının işğalı altında olan Dağlıq Qarabağımızı və ətraf 7 rayonumuzu düşmən işğalından azad etməkdir. Bunun üçün hər birimiz, bütün azərbaycanlılar yorulmadan, usanmadan, əzmlə çalışmalıyıq.

Millət vəkiliniz kimi sizin aranızda olacam.
Bütün müraciət və təkliflərinizlə birbaşa tanış olub lazımi tədbirlərin alınmasına çalışacam.
Təkliflərimiz və məqsədlərimiz sonsuzdur.

Fərid Faiqoğlu


Binəqədidə Millət vəkili obrazının köklü surətdə dəyişdirilməsi üçün YENİLƏŞƏN PARLAMENTƏ DOĞRU !
Binəqədidə Millət vəkili obrazının köklü surətdə dəyişdirilməsi üçün YENİLƏŞƏN PARLAMENTƏ DOĞRU !
Binəqədidə Millət vəkili obrazının köklü surətdə dəyişdirilməsi üçün YENİLƏŞƏN PARLAMENTƏ DOĞRU !
Binəqədidə Millət vəkili obrazının köklü surətdə dəyişdirilməsi üçün YENİLƏŞƏN PARLAMENTƏ DOĞRU !

Fikirlər

 Oxşar xəbərlər: