Sizin reklam burada
Sizin reklam burada

DİM magistr imtahanlarına qazanc kimi baxır? – “Məqsəd maliyə təminatını yaxşılaşdırmaqdırsa...”

DİM magistr imtahanlarına qazanc kimi baxır? – “Məqsəd maliyə təminatını yaxşılaşdırmaqdırsa...”


keçirilməsi ilə bağlı ciddi narazılıqlar var. Son iki ildə alınan qərarlar, imtahanların keçirilməsində olan dəyişikliklər və sualların çətinlik səviyyəsinin yüksəldilməsi özlüyündə yeni problemlərin və problemlərə yanaşmaların ortaya çıxmasına gətirib çıxarır”.

Bunu Sfera.az-a açıqlamasında təhsil eksperti Elvin Bədirli deyib. Onun sözlərinə görə, Dövlət İmtahan Mərkəzi təəssüf ki, son iki ilin imtahan nəticələrinin müqayisəsini təklif etməklə sualların çətin olmadığı fikrini aşılamaq istəyir:

"Təklif edərdim ki, DİM rəsmiləri son iki ilin qəbul nəticələrini 2019-cu il illə müqayisə etsinlər. İmtahanların asan suallardan təşkil edilməsinin tərəfdarı olmasam da, əsasən çətinlik törədən suallardan təşkil edilməsinin də tərəfdarı deyiləm. Sualların əksəriyyətinin xeyli çətin olması reallığını heç bir təkzib fikri dəyişdirə bilməz.

Günümüzün reallığı budur ki, imtahanların yekununda Dövlət İmtahan Mərkəzinin gətirdiyi əsas arqument orta göstəricinin qənaətbəxş olmasıdır. Ancaq bir şeyi unudurlar ki, əgər hazırlıq mərkəzləri və sözün həqiqi mənasında çoxsaylı müəllim ordusu olmasa və namizədlər aylar ərzində çox ciddi hazırlıq keçməsə, orta nəticələr hazırkı göstəricilərdən xeyli aşağı olacaq”.

Ekspert ümumiyyətlə magistratura imtahanının bir mərhələdə keçirilməsini məqsədəuyğun sayır: "Lakin həmin mərhələnin məhz bu 3 fəndən təşkil edilməsinin əleyhinəyəm. Əminliklə deyirəm, magistrlərın informatika üzrə imtahan verməsi böyük əksəriyyətin bundan sonrakı akademik və işgüzar həyatında heç bir rolu olmur, ola da bilməz. Əgər imtahan bir mərhələdə və 100 suallıq olacaqsa, yaxşı olar ki , imtahan məntiq və ixtisas üzrə aparılsın. Bu halda həm balans qorunar, həm də daha ədalətli və rəqabətli müsabiqə təşkil edilmiş olar.

İmtahanın iki dəfə və 4 aylıq intervalla keçirilməsinin hansı məntiqə əsaslanmasını bilmirəm. Məqsəd publik hüquqi şəxs olan Dövlət İmtahan Mərkəzinin maliyə təminatını yaxşılaşdırmaqdırsa, düşünürəm ki, kifayət qədər gəlir imkanlarına sahibdir. Yaxşı olmazdımı ki, Dövlət İmtahan Mərkəzi iki dəfə keçirilən imtahanı may-iyun, iyun-iyul aylarına salsın və ardıcıl keçirsin? İmtahanların sıx qrafiki ilə əlaqələndirə bilərlər, ancaq düşünürəm ki, 20 min nəfərin qatıldığı imtahanı təşkil etmək xeyli resursa malik qurum üçün çətin olmamalıdır”.

Qeyd edək ki, fevralın 28-də keçirilən magistratura imtahanına düşən suallar bir neçə gündür, müzakirə predmetinə çevrilib. Sualların "qeyri-adiliyi” əksəriyyətin narazılığına səbəb olub. Nəticədə "DİM-in ekspertləri tərəfindən həmin tapşırıqlar yenidən araşdırılmış və onlarda heç bir elmi-metodik qüsur aşkar edilməmişdir” – deyə, qurumdan reaksiya gəlib.

Xatırladaq ki, magistratura səviyyəsinə qəbul imtahanının ikinci şansının isə iyun ayında keçirilməsi nəzərdə tutulur.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ