Sizin reklam burada
Sizin reklam burada

"Hərbi baza xəbəri ola bilsin dövlətlərin reaksiyasını yoxlamaq üçün ortaya atılıb..." - AÇIQLAMA

"Hərbi baza xəbəri ola bilsin dövlətlərin reaksiyasını yoxlamaq üçün ortaya atılıb..." - AÇIQLAMA




Türkiyənin Ərciyəs Universitetinin professoru, ermənişünas alim Qafar Çaxmaqlı bu gün Türkiyə mediasına istinadən Azərbaycanın 3 bölgəsində qardaş ölkənin hərbi avia-bazasının yerləşdiriləcəyi ilə bağlı gündəmi məşğul edən xəbəri Moderator.az-a şərh edib:

"Türkiyə mətbuatında yer alan bu xəbərin hansı qaynaqdan götürüldüyü məlum olmasa da, Azərbaycanda hərbi baza yaradılması fikri cəmiyyətimizin tələbi kimi səsləndirilməkdədir. Bu hər iki ölkə xalqlarının arzusudur və nə vaxtsa reallaşacaq. Çünki Azərbaycanın təhlükəsizliyi artıq Türkiyənin güvənlik problemi halına gəlmişdir. Türk ordusunun Azərbaycanda varlığı bir çox strateji məsələlərimizi həll etmək baxımından vacibdir. Amma bu iş heç şübhəsiz beynəlxalq normalara uyğun aparılmalıdır. Digər tərəfdən isə Türkiyə ilə Azərbaycan arasında belə hüquqi prosedurlara heç gərək də yoxdur. Qardaş ölkə istənilən zaman razılaşma ilə Azərbaycanda əsgəri bazasını qura bilər. Qoşulmama hərəkatına üzv olmaq o demək deyil ki, bizə qarşı olan təhlükələri dəf etmək üçün tədbirlərimizi görməyək. Türkiyə bazalarının yerləri ilə bağlı yayılan xəbərlər diqqətlə incələmək lazımdır. Bu, ola bilsin regionumuzda gələcəkdə yaşanacaq oyunların xəbərçisidir, ola bilsin regionda böyük güclərin planlarının bir həlqəsidir və ya dövlətlərin reaksiyasını yoxlamaq üçün ortaya atılmış bir komplodur. Hər nədirsə Azərbaycanın dövləti maraqlarının gerçəkləşdirməyin yoludur. Türkiyə hərbi olaraq hər hansı şəkildə olur - olsun burada olmalıdır, Azərbaycanın yanında..."

Xatırladaq ki, bir neçə saat əvvəl Azərbaycanın Müdafiə Nazirliyi yayılmış informasiyanı təkzib edərək Azərbaycan ərazisində başqa bir dövlətin hər hansı bazasının yaradılacağı xəbərinin həqiqəti əks etdirmədiyini bildirmişdi.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ