Sizin reklam burada
Sizin reklam burada

"Heç bir maddi yardım gözləməyin..." - NARAZILIQ!

"Heç bir maddi yardım gözləməyin..." - NARAZILIQ!



Tərtər sakini Rüfət Qurbanov Ermənistan və Azərbaycan arasında müharibə zamanı top mərmisi düşən evinə yardım edilmədiyini bildirir. DİA.AZ-ın məlumatına görə, R. Qurbanov şikayətində deyir ki, hadisə sentyabrın 27 – si axşam saatlarında baş verib. Düşmənin atdığı top mərmisi onun Firudin bəy Köçərli küşəsi 23-də yaşadığı evinin ərazisinə düşüb:

“Xoşbəxtlikdən ailə üzvlərimdən xəsarət alan olmayıb, ancaq yaşadığım evin pəncərələri dağılıb, kombi sistemi uçulub, həyətyanı sahədəki üstü örtülü çardaq zədələnib və evimə çoxlu sayda ziyan dəyib. “

Rüfət Qurbanov deyir ki, dekabrın 22 – də Tərtər rayon İcra Hakimiyyətindən Cümşüd adlı məsul şəxs gələrək, evə baxış keçirib. O, baxış zamanı atası Dilən Qurbanova deyib ki, “Sizin evinizə nə olub ki, dövlətdən maddi dəstək gözləyirsiniz. Eviniz tam yararlı vəziyyətdədir, heç bir maddi yardım gözləməyin.”

Qeyd edək ki, Rüfət Qurbanov özü hərbiçidir, baş leytenantdır. O, Tərtər rayon Hərbi Komissarlığı tərəfindən İkinci Qarabağ müharibəsi başlamazdan əvvəl 21 sentyabr tarixindən Hərbi səfərbərliyə cəlb olunub. Füzuli, Cəbrayıl, Hadrut və Şüşa şəhərlərində gedən döyüşlərdə iştirak edib. Hazırda, tərxislə əlaqədar Bayləqan rayon korpusunda hərbi xidmətdədir.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ