Xəbər lentİ


Terrorizmlə bağlı məqalələrin aşkarlanması üçün yeni metod hazırlanıb

16:38, 27.10.20
145
gundem
Terrorizmlə bağlı məqalələrin aşkarlanması üçün yeni metod hazırlanıb


Elektron dövlət mühitində terrorizmlə bağlı məqalələrin aşkarlanması üçün hibrid təsnifatlandırma metodu işlənilib.

Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) Trend-ə verilən məlumata görə, metod AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun 13 saylı şöbəsinin elmi işçisi Günay İskəndərli tərəfndən hazırlanıb.

G.İsgəndərli e-dövlətdə terrorizmi təbliğ edən mətnlərin aşkarlanması üçün klasterləşmə metodu, e-dövlətdə gizli sosial şəbəkələrin aşkarlanması üçün metod, aşkarlanmış sosial şəbəkələrin analizi üçün metod və alqoritm, e-vətəndaşların şərhlərinin analizi üçün metodlar haqqında məlumat verib, eləcə də təklif olunan metodu qiymətləndirmək üçün aparılan eksperiment və nəticələri təqdim edib.

G.İskəndərova dissertasiya işinin əsas nəticələrindən bəhs edərək diqqətə çatdırıb ki, e-dövlətin analizində sosial şəbəkə və mətnlərin intellektual analizi texnologiyalarının rolu araşdırılıb, o cümlədən e-dövlətə qoyulan tələblər və onun inkişafına yanaşmalar, e-dövlətin inkişafı və analizinin əsas problemləri müəyyən olunub. E-dövlətdə terrorizmlə əlaqəli məqalələrin aşkarlanması üçün hibrid təsnifatlandırma metodu, o cümlədən e-dövlətdə terrorizmlə əlaqəli məqalələrin aşkarlanması üçün hibrid təsnifatlandırma metodu işlənib.

Fikirlər

 Oxşar xəbərlər: