Xəbər lentİ


 "Cəbhədə ermənilərin təxribatı davam edir" - Prezidentin köməkçisi

16:47, 12.10.20
149
gundem
 "Cəbhədə ermənilərin təxribatı davam edir" - Prezidentin köməkçisi


“Cəbhədə ermənilərin təxribatı davam edir. Onlar yenə də bizim mülki insanlarımıza atəş açmaqda davam edirlər”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Haber Global”a müsahibəsində deyib.

Onun sözlərinə görə, düşmən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə atəş açmaqda davam edir:

“Ancaq belə davam edəcəksə bizim Silahlı Qüvvələrimiz də onlara cavab vermək məcburiyyətindədirlər. Bu, növbəti dəfə Ermənistanın insani anlaşmalara necə yanaşmasının bir göstəricisidir”.

Fikirlər

 Oxşar xəbərlər: