Yoluxanların sayı bu gün də azaldı

16:53, 07.08.20
217
gundem
Yoluxanların sayı bu gün də azaldı


Azərbaycanda 129 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 421 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Bu barədə Mediatv.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış nəfər 4 vəfat edib. Bu günə qədər ölkədə ümumilikdə 33 376 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 29 696 nəfər müalicə olunaraq sağalıb, 483 nəfər vəfat edib, aktiv xəstə sayı 3 197-dir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6872, ötən müddət ərzində isə ümumilikdə 773 051 test aparılıb.

Fikirlər

 Oxşar xəbərlər: