Xəbər lentİ


Bakıda Çin ştrixkodlarıyla satılan soyulmuş şabalıdlar hansı ölkə istehsalıdır? - GİLEY

07:45, 09.07.20
199
gundem
Bakıda Çin ştrixkodlarıyla satılan soyulmuş şabalıdlar hansı ölkə istehsalıdır? - GİLEY



Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Moderator.az-a Bakıda satılan soyulmuş şabalıdların istehsalıyla bağlı istehlakçı məktubu təqdim edib.

Şikayətçi məktubda satılan soyulmuş şabalıdların hansı ölkə istehsalı olmasıyla bağlı araşdırma aparılmasını xahiş edib.

Yazını olduğu kimi təqdim edirik:

“Şəhərimizin böyük ticarət şəbəkələrində rast gəldiyim (Nizami küçəsində yerləşən Grandmart və eyni küçədə yerləşən Avromart ticarət şəbəkələri fərqli, fərqli ştrixkodlarla təqdim edilən, lakin eyni məhsul olan soyulmuş şabalıd haqqında məlumat əldə etmək üçün sizə müraciət edirəm.
Bildiyiniz kimi, yeyinti məhsulları haqqında AR qanunun 11-ci bəndinə əsasən yeyinti məhsullarının qablaşdırılması və etiketlərinin müəyyən standartlara cavab verməlidir. Etiketin üzərində məhsulun adı, növü və tərkibi, miqdarı (çəkisi), qida dəyərliliyi, istifadə sahəsi və qaydaları, istehsal tarixi və yararlılıq müddəti, saxlanma şərtləri, istehsalçının adı, ünvanı və qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarda tələb olunan digər məlumatlar əks olunmalıdır. Təəssüf ki, istehlakçı olaraq həmin məhsulun üzərində olan etiketdən istehsalçı haqqında heç bir məlumat əldə edə bilmədim.
Etiketin üzərində istehsalçıyla bağlı məlumatlar ala bilmədiyim üçün, ştrixkodlar üzərində məsələni aydınlaşdırmağa çalışdım. Lakin burda daha maraqlı məqamla üzləşdim. Belə ki, beynəlxalq axtarış sistemində məhsulun üzərində qeyd edilən ştrixkod nömrəsini -6953773200020 daxil edən zaman isə Çinə aid istehsalçının məhsulu barədə məlumatlar əks edildi.
Bakıda Çin ştrixkodlarıyla satılan soyulmuş şabalıdlar hansı ölkə istehsalıdır?
Maraqlı sual yaranır. Əgər məhsul həqiqətən xarici ölkədən idxal edilirsə, istehsal edilən ölkə haqqında nəyə görə məlumat yoxdur və sifarişçi, eləcə də distribyutor kimi çıxış edən yerli istehsalçı nəyə görə öz məlumatlarını istehlakçıdan gizlədir? Yenə də yeyinti haqqında AR qanunu əsas gətirsək, ölkə ərazisinə idxal edilən yeyinti məhsullarının üzərindəki etiketlər və adlar, onlardan istifadə qaydaları barədə izahat vərəqləri başqa dillərlə yanaşı, Azərbaycan dilinə təcüməsi ilə müşayiət olunmalıdır. Burdan belə nəticəyə gələ bilərik ki, ya məhsul Azərbaycanda istehsal olunub xarici məhsul kimi bazara təqdim edilir və ya tam tərsi, xarici ölkə istehsalı yerli mal kimi istehlakçıya satılır.
Düşünürəm ki, bu cür təzad məlumatlar istehsalçı hüquqlarını pozur və onun əmtəə haqqında, xüsusilə də yeyinti məhsulu haqqında dolğun məlumat almasına mane olur”.
Bakıda Çin ştrixkodlarıyla satılan soyulmuş şabalıdlar hansı ölkə istehsalıdır? - GİLEY

Fikirlər

 Oxşar xəbərlər: