Xəbər lentİ


Hərbi Prokurorluqda yeni təyinatlar

15:36, 08.07.20
126
gundem
Hərbi Prokurorluqda yeni təyinatlar



Respublika Hərbi Prokurorluğuna yeni şöbə rəisləri təyin edilib.
Qanunpress.-un məlumatına görə, bu barədə Baş prokuror Kamran Əliyev müvafiq əmrlər imzalayıb.
Baş prokurorun əmrləri ilə, ədliyyə polkovniki Rövşən Əfəndiyev Respublika Hərbi Prokurorluğunun Təşkilat və icraya nəzarət şöbəsinin rəisi, ədliyyə polkovniki Mehdi Hüseynzadə Hərbi Prokurorluqlarda istintaqa nəzarət şöbəsinin rəisi, ədliyyə polkovnik-leytenantı Nihad Şıxəliyev isə sənədlərlə və müraciətlərlə işin təşkili şöbəsinin rəisi vəzifələrinə təyin olunublar.

Fikirlər

 Oxşar xəbərlər: