Xəbər lentİ


İspaniyada - bir gündə koronavirusdan 500-ə yaxın insan öldü

15:07, 23.03.20
129
dunya
 İspaniyada - bir gündə koronavirusdan 500-ə yaxın insan öldü


İspaniyada daha 462 nəfər koronavirusun qurbanı olub.
Qanunpress.com xəbər verir ki, ölkədə koronavirusdan ölənlərin sayı 2 182 nəfərə çatıb.
İspaniyada yoluxanların sayı isə 33 000-i ötüb.
Xatırladaq ki, ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 192 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 349 772-yə çatıb. Bunların 100 345 nəfəri sağalıb, 15 306 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Fikirlər

 Oxşar xəbərlər: