Xəbər lentİ


Zelenski Putinlə görüşdə nədən qorxduğunu boynuna aldı

09:26, 07.12.19
47
dunya
Zelenski Putinlə görüşdə nədən qorxduğunu boynuna aldı



Parisdə keçiriləcək “Normand dördlüyü”nün Sammiti və Ukrayna lideri Vladimir Zelenski ilə Rusiya prezidenti Vladimir Putinin ikitərəfli görüşü nəticəsiz ola bilər.
Belə bir bəyanatı Zelenski “Ukrayna” telekanalında yayımlanan “Savik Şusterin söz Azadlığı” verilişində səsləndirib.
“Mən istənilən danışıqlarda nəticəsizliyi sevmirəm, bu, həqiqətdir. Ona görə də bu, yeganə qorxduğum şeydir”, - deyə Zelenski aydınlıq gətirib.

Ukrayna liderinin sözlərinə əsasən, o, görüşdən qorxmur, lakin həyəcan keçirir.
“Yeganə həyəcan keçirə biləcəyim odur ki, biz görüşürük və sadəcə planlarımızı deyirik...Mən istənilən danışıqlarda nəticəsizliyi heç sevmirəm. Ona görə də bu, yeganə qorxduğum şeydir”, - deyə Zelenski bildirib.
Eyni zamanda o qeyd edib ki, “Normand” formatında görüşün keçirilməsinin özü artıq qələbədir.
Zelenski əlavə edib ki, Parisdən konkret nəticələrlə qayıtmağı istəməyinə baxmayaraq, heç də hər şeyin alınmayacağını başa düşür.

Fikirlər

 Oxşar xəbərlər: