Sizin reklam burada
Sizin reklam burada

Xamenei benzinin bahalaşmasını dəstəklədi – “Bu qərar icra olunmalıdır”

Xamenei benzinin bahalaşmasını dəstəklədi – “Bu qərar icra olunmalıdır”


İran Ali dini lideri Əli Xamenei hökumətin benzinin bahalaşması barədə qərarını dəstəkləyib.

APA-nın xəbərinə görə, bu barədə “Press TV” telekanalı məlumat yayıb.

Əli Xamenei bildirib ki, hakimiyyətin qolları ekspertlərin dəstəklədiyi qərarı qəbul edib və bu qərar icra olunmalıdır.

İSNA agentliyi isə polisin Yəzd şəhərində benzinin bahalaşması əleyhinə keçirilən aksiyalara qatılan 40 nəfəri saxladığı barədə məlumat yayıb. Şəhər prokuroru bildirib ki, saxlanılan şəxslər vandalizmə yol verib, hücum çəkərək polis əməkdaşlarına ağır xəsarət yetiriblər. Prokuror saxlanılanların əksəriyyətinin Yəzd şəhər sakinləri olmadığını da söyləyib.

“RİA Novosti” agentliyi noyabrın 15-də başlayan aksiyalar zamanı 1 nəfərin öldüyü barədə məlumat yayıb.

Qeyd edək ki, noyabrın 15-də gecə ölkədə davam edən iqtisadi böhranla əlaqədar benzin üçün norma tətbiq edilib, qiyməti qaldırılıb. Hökumətin qərarına əsasən, dövlət benzin kartına malik şəxslər ay ərzində bir litri 12 avrosent ekivalentinə bərabər olmaqla, 60 litrə qədər benzin ala bilər. Daha böyük həcmdə benzin almaq istəyənlər benzinin keyfiyyətindən asılı olaraq hər litr üçün 24 avrosentdən 30 avrosentə qədər ödəməlidirlər. Bu, indiyə qədər olan qiymətlərdən faktiki 3 dəfəyə bahadır.

Aksiyalar fonunda dünən Prezident Həsən Ruhani, spiker Əli Laricani və Ali Məhkəmənin sədri Ebrahim Raisi qapalı toplantı keçirib. Toplantıda hökumətin benzinlə bağlı qərarı dəstəklənib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ