Xəbər lentİ


Şvartseneqqer Rusiyada universitetin fəxri professoru oldu

09:37, 09.10.19
128
dunya
Şvartseneqqer Rusiyada universitetin fəxri professoru oldu


Amerikalı aktyor, sahibkar və siyasətçi Arnold Şvartseneqqer Rusiyanın “Sinerqiya” universitetinin fəxri professoru adına layiq görülüb. Qanunpress.com-un məlumatına görə, bu barədə “Moskva 24” saytı aili təhsil müəssisəsinin mətbuat xidmətinə istinadən xəbər verib.

“Şvartseneqqer bir çox insanlar üçün müəllimdir – kiminçünsə aktyor peşəsində, kiminçünsə dövlət qulluqçusu peşəsində, kiminçünsə sağlam həyat obrazı sürməkdə”, - rektor Artyom Vasilyev deyib.

Qeyd edək ki, A. Şvartseneqqer Viskonsin Universitetinin məzunudur. O, biznes və beynəlxalq iqtisadiyyat sahəsində mütəxəssisdir. 2003-2011-ci illərdə Kaliforniyanın qubernatoru olub. 2012-ci ildə Cənubi Kaliforniya Universtitetinin nəzdində Şvartseneqqerin dövlət və qlobal siyasət İnstitutunu yaradıb.

Fikirlər

 Oxşar xəbərlər: