Xəbər lentİ
 19-09-2019  Neft yenidən bahalaşıb


ABŞ Qrenlandiyaya qayıtmaq qərarına gəldi

11:12, 24.08.19
46
dunya
ABŞ Qrenlandiyaya qayıtmaq qərarına gəldi



ABŞ Qrenlandiyada baş konsulluğunu açmağı planlaşdırır.
"Associated Press" agentliyinin məlumatına əsasən, bu barədə Dövlət Departamentinin Senatın Xarici işlər üzrə komitəsinə ünvanlanan məktubunda bildirilir.
Sənədə əsasən, Nuukada (adanın paytaxtı – red.) konsulluğun bərpası ABŞ-ın Arktikadakı fəaliyyətini artırması planları ilə izah edilir.
ABŞ-ın Qrenlandiyada baş konsulluğu ilk dəfə 1940-cı ildə Danimarkanın nasist işğalı başladıqdan sonra açılıb və 1953-cü ildə bağlanıb. Yeni baş konsulluğun Nuukedə 2020-ci ildə açılacağı gözlənilir. Burada 7 nəfərin işləməyi planlaşdırılır.
Xatırladaq ki, avqustun 16-da Trampın Qrenlandiyanı almaq imkanını nəzərdən keçirdiyi məlum olmuşdu. Danimarkanın Baş naziri adanı satmaq barədə danışıqlar aparmaqdan imtina etmişdi, bundan sonra Tramp Danimarkaya səfərini təxirə salmşdı.

Fikirlər

 Oxşar xəbərlər: