Sizin reklam burada
Sizin reklam burada

Ermənistanda iki kişini bıçaqlayan gənc qızın işi məhkəməyə göndərilib

Ermənistanda iki kişini bıçaqlayan gənc qızın işi məhkəməyə göndərilib


Ermənistanın Kotayksk vilayətinin Abovyan şəhərində iki kişini bıçaqlayan gənc qızın işi məhkəməyə göndərilib.

Bu barədə "Report" Ermənistan mətbuatına istinadən xəbər verir.
Gənc qadın iki nəfərin sağlamlığına qəsdən xəsarət yetirməkdə ittiham edilir.

İttihama əsasən, A.A. şəhərin öz dostu ilə gecə klublarından birinə gəlib. Klubda o, daha bir tanışı ilə qarşılaşıb.

A.A gecə klubunda gördüyü və adı açıqlanmayan qıza onu tanımadığına görə məzəmmət edib, həmçinin qarşı tərəfi özünə yeni sevgili tapmasında ittiham edib. Nəticədə onların arasında mübahisə yaranıb. Mübahisə dava ilə nəticələnib. Bu zaman davaya bir nəfər də qoşulub və onlar qızı təhqir ediblər. O isə öz növbəsində həmin şəxslərə bıçaq xəsarətləri yetirib.

Qeyd edilir ki, iş üzrə toplanılan materiallar məhkəməyə göndərilib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ