Sizin reklam burada
Sizin reklam burada

Rusiyalı məmur evində yanaraq ÖLDÜ

Rusiyalı məmur evində yanaraq ÖLDÜ





Bu gün səhər saatlarında Moskvada yaşayış binasının 17-ci mərtəbəsində yanğın baş verib.
Qanunpress.com xarici KİV-ə istinadən xəbər verir ki, yanğın söndürüldükdən sonra mənzildə kişi meyiti aşkarlanıb. Belə ki, yanan mənzilin sahibinin 49 yaşlı Dmitri Pavoçka olduğu məlum olub.
Bildirilir ki, Pavoçka müxtəlif vaxtlarda Rusiyanın iri şirkətlərində menecer vəzifəsində çalışıb: “Roskosmos”, “Lukoyl”, “Menatep” və s. Bu yaxınlarda o, Rusiya Federasiyasının Sənaye Siyasəti və Sahibkarlıq Ali Məktəbinin beynəlxalq elmi-tədris əməkdaşlığı şöbəsinin müdiri olub.
Rusiya Federasiyası İstintaq Komitəsinin hesabatına əsasən, yanğına səbəb yanğınla ehtiyatsız davranmadır.
Maraqlıdır ki, 2022-ci ilin əvvəlindən bir neçə rusiyalı məmur və iş adamı müəmmalı şəraitdə dünyasını dəyişib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ