Sizin reklam burada
Sizin reklam burada

Rusiya rumıniyalı diplomatı ölkədən çıxarır

Rusiya rumıniyalı diplomatı ölkədən çıxarır




Rusiya Rumıniyanın Moskvadakı səfirliyinin əməkdaşını “arzuolunmaz şəxs” elan edib.
Qanunpress.com “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya XİN yayıb.
Məlumata görə, Rumıniyanın Moskvadakı müvəqqəti işlər vəkili Kosmin Konstantin İoniçe bu gün Rusiya XİN-ə çağırılıb və ona səfirliyin bir əməkdaşının “arzuolunmaz şəxs” elan olunması barədə nazirliyin notası təqdim edilib.
Bildirilir ki, bu barədə qərar Rumıniya tərəfindən Rusiyanın Buxarestdəki səfirliyinin əməkdaşının “arzuolunmaz şəxs” elan olunmasına cavab olaraq verilib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ