Xəbər lentİ


Suriyada döyüşən azərbaycanlılara hökm oxundu

14:50, 15.12.15
400
dunya
Suriyada döyüşən azərbaycanlılara hökm oxundu










Məhkəmə prosesi başa çatıb

Bakı Ağır Cinayətlər Məhkəməsində Elşən Adilovun CM-nin 12.3,28,214.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən terrorçuluqa hazırlıq), 12.3,28,214.2.3 (terrorçuluqa hazırlıq odlu silahdan istifadə etməklə törədildikdə), 12.1,279.1-ci (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bu il sentyabrın 1-də MTN əməkdaşlarının anti-terror əməliyyatı zamanı İŞİD-ə qoşulan 5 nəfər - Şirxan Xasaylı, Rövşən Mikayılov, Elşən Adilov, Vüqar Hacıyev və Azər Eyyubov tutulublar.

Müəyyən edilib ki, Elşən Adilov və qeyriləri 2013-2015-ci illər ərzində Suriya Ərəb Respublikasının və İraq Respublikasının ərazisində həmin dövlətlərin, habelə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan ayrı-ayrı silahlı birləşmələrin, o cümlədən “İslam Dövləti” (İŞİD) terror təşkilatının fəaliyyətində iştirak ediblər.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 15 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

Fikirlər

 Oxşar xəbərlər: