Sizin reklam burada
Sizin reklam burada

Əmək miqrantları üçün ən cəlbedici ölkə açıqlandı

 Əmək miqrantları üçün ən cəlbedici ölkə açıqlandı




Dünyada əmək miqrantlarının dörddə biri işləmək üçün Kanadaya köçməyə üstünlük verir. Respondentlər, həmçinin ABŞ, Avstraliya və Almaniyanı iş üçün cəlbedici hesab ediblər.

Qanunpress.com TASS-a istinadən bildirir ki, bu barədə BCG və “The Network”un birgə tədqiqatında deyilir.


“Kanada ABŞ-ı sıxışdıraraq əmək miqrantları üçün ən cəlbedici ölkə oldu”, - tədqiqatın nəticələrində deyilir. Tədqiqatçıların sözlərinə görə, onu respondentlərin 24%-i seçib.

Qeyd edilir ki, 2014 və 2018- ci illərdəki analoji tədqiqatlarda ölkələrin miqrantlar arasında populyarlığı reytinqində Kanada üçüncü, ABŞ isə birinci yeri yeri tuturdu. 2020-ci ildə ABŞ analoji sorğuda ikinci yeri tutmuşdu, onu respondentlərin 20%-i seçmişdi. Avstraliya da eyni nəticəni göstərmişdi. Respondentlərin 19%-i işləmək üçün Almaniyaya, 14%-i isə Böyük Britaniya və ya Yaponiyaya köçmək istədiyini bildirmişdi.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ