Sizin reklam burada
Sizin reklam burada

“Ermənistanda rus kanalları bağlanır” - NƏ BAŞ VERİR?

“Ermənistanda rus kanalları bağlanır” - NƏ BAŞ VERİR?


Ermənistanın baş naziri Nikol Paşinyanın Qərbin, daha konkret desək, rəngli inqilabların sponsoru milyarder Corc Sorosun hazırladığı “fiqur” olması siyasi mərkəzlərə aydındır. N.Paşinyan Soros Fondunun dəstəyi ilə hakimiyyətə gəlib, sonra isə primitiv dünyagörüşü ucbatından ciddi səhvlərə yol verməyə başladı. Dərhal anti-Rusiya xətti tutdu. Rusiyadan uzaqlaşmaq və qərbmeyilli siyasət yürütmək fikrinə düşdü. Təbii ki, Kreml də onun düşüncələrini və anti-Rusiya meyillərini dəqiq bilirdi.

Özü də bu anti-Rusiya meyilləri konkret işlərdə özünü büruzə verirdi. Əvvəla qəzetlərdə Rusiya əleyhinə yazılar tirajlanırdı. Rusdilli məktəblərin tamamilə bağlanması göstərişi verildi. Bir sözlə, Paşinyan hakimiyyətə gəldikdən sonra Ermənistanda anti-Rusiya meylləri gücləndi. Dağlıq Qarabağda gedən 44 günlük müharibədə işğalçı ölkənin müzəffər Azərbaycan ordusu qarşısında məğlub duruma düşməsi Ermənistandakı anti-Rusiya meyllərini daha da genişləndirdi. Separatçı ölkə rəsmi Moskvanı gah köhnə silah satmaqda ittiham etdil, gah da onlara ciddi dəstək verməməkdə. Nəticə olmadı. Çünki Kreml öz maraqlarına uyğun davrandı. Hətta Rusiya prezidenti Vladimir Putin dəfələrlə Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu bəyan etdi. Bu çıxışlardan sonra məlum meyllər daha da dərinləşdi.

Vəziyyəti şərh edən "Vostok” Media Holdinqinin vitse-prezidenti Şəhriyar İmanbəyli “Sherg.az”a bildirib ki, Ermənistanda nəinki müharibə ərəfəsində, hətta bir neçə il öncə də Rusiyanı sevməyən qüvvələr var idi:

“Bunu Kreml də yaxşı bilir. Hətta Rusiyanı sevməyən şəxslər də ifşa olundu. Eyni zamanda Ermənistanın daxilində Rusiyanın adamları Paşinyan idarəsi tərəfindən həbs edildi. Putin bir neçə dəfə Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğuna dair açıqlamalar verib. Bundan sonra isə Ermənistanda bəzi qüvvələr Rusiyaya qarşı çxımağa başladılar. Ermənilər arasında müharibə dövründə belə bir fikir formalaşdı: Rusiya Ermənistana yox, Azərbaycana kömək edir”.

Ş.İmambəyli qeyd edib ki, hazırda Rusiyanın ən baxımlı televiziya kanallarının rəhbərləri və yaxud aparıcıları əslən erməni olan şəxslərdir:

“Ermənistanda bəzi qüvvələr var ki, onlar rus kanallarının bağlanmasına nail ola biliblər. Kanalların yayımının dayandırılmasının başqa səbəbi də Putinin Qarabağla bağlı verdiyi açıqlamadır. Ermənilər gözləyirdi ki, Rusiya gəlib Qarabağda döyüşəcək. Təbii ki, Rusiya Azərbaycan kimi qonşusunu itirmək istəmədi.

Lakin hazırda Rusiyanın daxilində ermənilərə çalışan, onlar üçün əlindən gələni edən, pulsuz köməklik göstərən insanlar var. Onlar isə əslən ermənidirlər və Rusiyanın ən məşhur televiziya kanallarında çalışırlar”.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ