
Türkiyə və Rusiyanın Avropa Birliyinə daha güclü bağlanması lazımdır.
Qanunpress.com xəbər verir ki, bunu Almaniyanın hakim Xristian Demokrat İttifaqı Partiyasının sədri Fridrix Merç deyib.
Onun sözlərinə görə, Türkiyənin AB-nin daxili bazarına girişini təmin edəcək genişlənmiş Avropa iqtisadi məkanı məntiqli olardı. Bununla belə, Merç Türkiyənin AB-yə tamhüquqlu üzvlüyünə qarşı olduğunu da dilə gətirib və uzunmüddətli perspektivdə Türkiyənin AB üzvü olmasıyla bağlı heç bir imkanının olmadığını bildirib.