Xəbər lentİ


Dünyada koronavirusa yoluxanların sayı 15,1 milyonu ötdü

14:18, 22.07.20
152
dunya
Dünyada koronavirusa yoluxanların sayı 15,1 milyonu ötdü


Dünyada koronavirusa yoluxan 9 134 332 nəfər sağalıb, 620 033 nəfər isə virusdan ölüb.
Qanunpress.com xəbər verir ki, indiyədək 15 117 078 nəfərə COVID-19 diaqnozu qoyulub.
Ən çox yoluxma halları ABŞ, Braziliya və Hindistanda qeydə alınıb.
Qeyd edək ki, iyulun 21-nə olan məlumata görə, Azərbaycanda indiyədək 28 242 nəfərə koronavirus diaqnozu qoyulub. Onlardan 19 939 nəfər sağalıb. Ölkəmizdə COVID-19-dan ölənlərin sayı 376 nəfərdir.
Azərbaycanla sərhəd ölkə olan Türkiyədə 221 500 nəfərdə COVID-19 aşkarlanıb. Onlardan 5 526 nəfər ölüb, 204 011 nəfər sağalıb. Şimal qonşu Rusiyada 783 328 nəfərdə yoluxma faktı qeydə alınıb. Onlardan 12 580 nəfər ölüb, 562 384 nəfər isə sağalıb. İranda isə 278 827 nəfərə koronavirus diaqnozu qoyulub. Son məlumata görə, bu ölkədə 14 634 nəfər pandemiyanın qurbanı olub, 242 351 nəfər sağalıb. Qonşu ölkə Gürcüstanda koronavirusa yoluxanların ümumi sayı 1 073-ə çatıb. Onların 907-si artıq sağalıb, 16-sı isə vəfat edib.
Ermənistanda indiyədək 35 693 nəfərə COVID-19 diaqnozu qoyulub. Onlardan 678 nəfər ölüb, 24 766 nəfər sağalıb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Fikirlər

 Oxşar xəbərlər: