Xəbər lentİ


Dünyada koronavirusa qarşı mübarizə aparan tibb bacıları çatışmır – ÜST

18:14, 07.04.20
138
cemiyyet
Dünyada koronavirusa qarşı mübarizə aparan tibb bacıları çatışmır – ÜST

Koronavirus pandemiyası fonunda dünyanın demək olar ki, bütün ölkələrində tibb bacılarının kəskin çatışmazlığı var.
Qanunpress.com xarici KİV-ə istinadla bildirir ki, bu haqda Ümumdünya Səhiyyə Təşkilatının hesabatında qeyd edilib.
Məlumata görə, səmərəli iş üçün ən az 5.9 milyon ixtisaslı kadr tələb edilir. Daha çətin vəziyyətin Afrika və Cənub-Şərqi asiya ölkələrində müşahidə olunduğu bildirilir.
Qeyd olunur ki, koronavirusla mübarizə üçün səlahiyyətlilər iş yerlərinin yaradılması üçün tibb işçilərinin təliminə vəsait ayırmağa borcludurlar.
Hazırda bütün dünyada 28 milyona yaxın tibb bacısı xidmətçisi var, son 5 ildə artım 4,7 milyon nəfər olub.
Son məlumata görə, dünyada koronavirusdan 67,6 min nəfər ölüb, 1,2 milyon insan yoluxub.

Fikirlər

 Oxşar xəbərlər: