Qadın həbsdəki ərinə “narkotikli kotlet” gətirdi

16:13, 13.08.19
133
cemiyyet
Qadın həbsdəki ərinə “narkotikli kotlet” gətirdi


Bakıda qadın həbsdə olan ərinə narkotik keçirməyə çalışarkən yaxalanıb.
Penitensiar Xidmətin yaydığı məlumata görə, hadisə 16 saylı cəzaçəkmə müəssisəsində qeydə alınıb.
Məhkum İlyasov Kənan Həsən oğlu ilə qısamüddətli görüşə gəlmiş arvadı Sumqayıt şəhər sakini İlyasova Aygün Akif qızı tərəfindən gətirilmiş sovqata baxış keçirilib. Bu zaman məlum olub ki, sovqatda olan plastik yemək qabındakı kotletin içərisində xüsusi üsulla gizlədilmiş bükülüdə ümumi çəkisi 1,172 qram olan narkotik maddə - heroin yerləşdirilib.
Digər bir fakt 11 saylı cəzaçəkmə müəssisəsində baş verib.
Məhkum Zəkiyev Qahir Mirəli oğluna Xırdalan şəhər sakini Əhmədov Qədir Adil oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman sovqatdakı püstələrin içərisində xüsusi üsulla gizlədilmiş ümumi çəkisi 3,930 qram olan narkotik maddə - heroin aşkar edilib.
Hər iki faktla bağlı araşdırma aparılır.

Fikirlər

 Oxşar xəbərlər: