Mars stansiyasının paraşütü açılmadı

10:34, 09.08.19
138
cemiyyet
Mars stansiyasının paraşütü açılmadı



Rusiya və Avropanın birgə hazırladığı “ExoMars-2020” stansiyasının İsveçdə keçirilən təlimləri uğursuz nəticələnib.
“RİA Novosti” xəbər verir ki, paraşüt sisteminin nasazlığı ucbatından stansiyanın tam həcmli maketi qəzaya uğrayıb.
Kosmik siyasət institutunun rəhbəri İvan Moiseyevin sözlərinə görə, qəza stansiyanın Marsa yollanmasına əngəl olmamalıdır.
“Təlimlər elə bunun üçün keçirilir. Uçuşa qalan vaxt ərzində paraşüt sistemini düzəltmək mümkündür. Yeni səbəblər otaya çıxmasa tarixlər dəyişməyəcək”, - deyə, o, bildirib.
Kosmik stansiya 25 iyul 2020-ci ildə Marsa yollanacaq. Bu 46 il ərzində Rusiya üçün ilk Mars missiyası olacaq.

Fikirlər

 Oxşar xəbərlər: