Xəbər lentİ
 22-11-2019  Sabah qar yağacaq
 20-11-2019  Sabah qar yağacaq


“Mətanət A” şirkətinin uğurları göz qabağındadır.

12:44, 13.03.19
386
cemiyyet
“Mətanət A” şirkətinin uğurları göz qabağındadır.






Sement və gips əsaslı məhsulların Azərbaycanda ilk istehsalçısı kimi tanınan və əsası 2000-ci ildə qoyulan “Mətanət A” şirkəti ötən müddətdə mühüm inkişaf yolu keçib.

“Mətanət A” bu dövr ərzində ölkəmizdə quru inşaat qarışıqlarının ilk istehsalçısı olmaqla yanaşı, 3 sistem, 24 məhsul qrupunda fəaliyyət göstərməyə, 200-dən çox milli brend yaratmağa və 1000-dən çox məhsul çeşidi istehsal etməyə nail olub. Şirkət hər zaman son innovativ texnologiyaların istehsal prosesinin tətbiqinə önəm verib. Bu məqsədlə inşaat sektorunda yeniliklərin operativ araşdırılmasına, innovativ kəşflərə, istehsal prosesinə yeni həll yolları gətirməyə daha çox maraq göstərib.

Şirkət fəaliyyəti dövründə yüksək müştəri məmnuniyyətinə nail olmağı qarşısına əsas vəzifə qoyub. “Keyfiyyətə kompromis yoxdur” devizini əsas tutaraq məhsulların keyfiyyətinə ciddi nəzarət edilib, müştəriyə istiqamətlənmiş xidmətlərin səviyyəsinə xüsusi diqqət yetirib və istehsal prosesini İSO standartlarına uyğun qurub. Bunun nəticəsidir ki, on doqquz ildə şirkətin ən dəyərli kapitalı hesab olunan loyal müştəri sayı yüksək həddə çatıb. Hazırda da bu istiqamətdə səylər artırılır.

Bu gün “Mətanət A” dedikdə təkcə inşaat materialları istehsal edən bir şirkət başa düşülmür, eyni zamanda, imkansızlara, kimsəsizlərə, ehtiyacı olanlara qayğı göstərən, milli-mənəvi dəyərlərə sayğı ilə yanaşan bir qurum, təşkilat obrazı da nəzərlərdə canlanır. Əslində bu cür xeyriyyəçilik fəaliyyətləri və sosial tədbirlərdə fəal iştirak ölkəmizdəki hər bir kommersiya təşkilatının korporativ vətəndaşlıq borcudur. Sözügedən şirkətin də qarşısında bu, mühüm borc, önəmli vəzifə kimi durur.

Şirkət fəaliyyət göstərdiyi 19 ildə düzgün strategiyaya, prinsipial mövqeyə və təcrübəli iş prinsipinə əsaslanaraq bir çox uğurlar əldə edib, bir çox ilklərə imza atıb. Bunlardan bəzilərini diqqətə çatdırmaq istərdik:

“Mətanət A” şirkəti toz məhsulları sahəsində Azərbaycanda ilk dəfə olaraq İSO 9001:2008 “Keyfiyyətin idarə olunması” beynəlxalq standartına layiq görülüb.

İsveçrənin Cenevrə şəhərində keçirilən keyfiyyət üzrə VI Beynəlxalq konfransda Azərbaycandan ilk dəfə olaraq “Mətanət A” şirkəti “Century International Quality Era Award” Beynəlxalq keyfiyyət mükafatı və sertifikatına layiq görülüb.

Madriddə keçirilən tikinti üzrə XVII Beynəlxalq mükafat tədbirində şirkət xüsusi fərqlənmə nişanı--“Keyfiyyətin qlobal idarəsi» Qızıl nişan mükafatı alıb.

“Mətanət A” tikinti sənayesində keyfiyyətli malların istehsalına görə “Qızıl Buta” mükafatına layiq görülüb.

Şirkət müxtəlif vaxtlarda inşaat materialları sektorunda “İlin şirkəti”, istehsal etdiyi məhsullardan biri olan “AĞDAĞ” “İlin brendi” nominasiyası üzrə “Uğur” milli mükafatlarına layiq görülüb.

“Mətanət A” şirkətinin prezidenti Elxan Bəşirova “Azərbaycan-Rusiya iqtisadi-ticari münasibətlər--2012” müsabiqəsində Rusiyanın Azərbaycandakı Ticarət nümayəndəliyinin rəhbəri Yuri Şedrin tərəfindən “Rusiya bazarına ekoloji sağlam məhsulların ixracına görə” nominasiyası üzrə “PROGRESS” mükafatı təqdim olunub.

Daim yeni məhsul çeşidləri istehsal edərək güclü texnologiyalar vasitəsilə keyfiyyətli məhsullar ortaya çıxaran “Mətanət A” şirkəti Azərbaycanla yanaşı, qlobal səviyyədə də kommersiya şəbəkəsi qurub və tikinti sektorunun novator şirkəti, habelə lideri olmaq məsuliyyətini dərk edərək yüksək korporativlik imicini yarada bilib.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin iqtisadi siyasətinə uyğun olaraq, son illər sənayenin şaxələndirilməsi genişləndirilib və bu sahədə yeni obyektlər istifadəyə verilib. Bu istiqamətdə reallaşdırılan ardıcıl və sistemli tədbirlər, qabaqcıl təcrübəyə əsaslanan müəssisələrin yaradılması rəqabət qabiliyyətli məhsul istehsalını genişləndirməklə yanaşı, idxalın əvəzlənməsinə, ixracın artmasına və ölkəmizin özünü təminetmə səviyyəsinin yüksəlməsinə müsbət təsir göstərib. Bununla bağlı əldə olunan nailiyyətlərdə “Mətanət A” şirkəti də öz layiqli yerini tutub.

Ölkəmizin tikinti materialları sənayesi sahəsində öz layiqli yerini tutan şirkətin nəzdində Abşeron rayonunda quru inşaat qarışıqları, boya və beton qatqıları, Qaradağda gips hörgü bloku, Ağdağ gips və yeni Ağdağ gips zavodları, Qazax rayonunda əhəng müəssisəsi fəaliyyət göstərir. Bu zavodlarda istehsal olunan məhsullar rəqabətədavamlı, idxalı əvəz edən, həm də ixracyönümlü olması ilə diqqət çəkir.

Şirkət rəhbərliyi tərəfindən uğurlu innovasiya siyasəti aparılmaqla istehsal prosesinə nanotexnologiya, nou-hau və smart texnologiyalar tətbiq edilir və artıq bir neçə patentləşdirilmiş ixtira əldə olunub. Bunlardan biri dünyanın əksər ölkələrində patentləşdirilmiş FASNATURAL məhsuludur.

Şirkətin müəssisələrində müasir texnologiyanın tətbiqi enerji məsrəflərinin azalmasına və məhsulun maya dəyərinin aşağı düşməsinə səbəb olub. Bunun nəticəsində istehlakçılara daha münasib qiymətlərlə onların tələbatına uyğun yüksək keyfiyyətli tikinti məhsullarının təqdim edilməsi gerçəkləşib.

“Mətanət A”n

“Mətanət A”nın əsas hədəflərindən biri qloballaşmaq olduğundan məhsulların region ölkələrinə ixracına da xüsusi əhəmiyyət verilir və bununla “Made in Azerbaijan” devizini daha da gücləndirir.

***

Sonda bir məqama diqqət yetirməyi də zəruri bilirəm. Bu da şirkətin adının mənası ilə bağlıdır. Başqa sözlə, bu özəl qurumub adı, yəni “Mətanət A” nə ilə əlaqədardır?

Hələ bir neçə il bundan əvvəl bu barədə şirkətin prezidenti Elxan Bəşirovun açıqlamasını oxumuşdur. Orada deyilirdi: “Mətanət A”ya hərfi və virtual məna baxımından yanaşmaq olar. Hərfi məna cəhətdən məsələyə yanaşsaq, “Mətanət A” adı iki hissədən ibarətdir: “Mətanət” - dözümlülük, möhkəmlik, davamlılıq və iradə mənasını, “A” hərfi isə əlifbada birinci hərf olduğundan “daima ilklərə imza atmaq”, “daima lider qalmaq” mənasını verir. Fəaliyyətə başladığımız dövrdə Azərbaycanda ticarət markalarını xarici adlara bənzədirdilər və istehlakçılar xarici adlı malları keyfiyyətli qəbul edib onlara üstünlük verirdilər. Biz isə sübut etmək istədik ki, ad milli ola bilər və hətta malın keyfiyyəti xarici mallardan da üstün ola bilər. Bu baxımdan ad seçimini bu cür etdik və məhsul istehsalına başladıq. Məncə, istənilən sahədə işin uğurunu, gələcəyini təmin edən əsas amil mətanətli, iradəli və dözümlü olmaqdır. Bunlar olduğu təqdirdə istənilən çətinliyin öhdəsindən gəlmək mümkündür. Birincilər sırasında olmaq da təbii ki, bütün peşələrdə anlayışla qarşılanan və alqışlanan bir istəkdir. Yəni “Mətanət A” sözünün hərfi mənasında şirkətin həm vizionu, həm də missiyası öz əksini tapmışdır. Daim ilklərə imza atmaq, daim qabacıl olmaq isə fəaliyyətimizdə böyük məsuliyyət yaradır”.

…Deməli, bu şirkət yaradılanda ona verilən adı doğruldub: illərin sınaqlarından üzağlığı ilə çıxıb, saysız uğurlar əldə edib, mətanəti, cəsarəti ilə, rəqabət mühitində dözümlülüyü ilə seçilib, fərqlənib. Bəli, qələbələrin, yüksək göstəricilərin əsasında bu amillər dayanıb…

Fikirlər

 Oxşar xəbərlər: