Xəbər lentİ
 22-11-2019  Sabah qar yağacaq
 20-11-2019  Sabah qar yağacaq


“Sipark Inşaat”ın qalmaqallı yazısı mediyadan niyə qəfil silindi?

13:10, 11.02.19
245
cemiyyet
“Sipark Inşaat”ın qalmaqallı yazısı mediyadan niyə qəfil silindi?



Dosye.org xəbər verir ki, son zamanlar “Sipark inşaat” və rəhbəri Seymur İsayevlə bağlı neqativ yazılar ölkə mediasının gündəminə çevrilib . Hətta şirkət rəhbərinin adı MTN çetesində Akif çovdarovlada birgə iş birliyində hallanırdı. Bu yazılar saytlarda getdiyi bir neçə gün sonra saytlardan silinməyə başladı. Belə olan halda sosial şəbəkələr vasitəsi ilə saytlar, mediya qurumları öz oxucularını itirməyə başlayır.
2 gün bundan öncədə həmin proses başladı. Saytlar “Sipark inşaat”ın rəhbəri Seymur adlı şəxsdən kütləvi yazıları dərc etdi və üstündən bir neçə gün keçdikdən sonra həmin yazılar sanki “qeybə” çəkilməyə başladı. Sözü gedən yazını bizdə qonşu saytlara istinadən dərc etdik. Yazının başlığı belə idi: Damlanın Sevgilisi Bəlli Oldu: “Sipark”In RƏHBƏRİ SEYMUR İSAYEV ƏVVƏL ŞƏBNƏM TOVUZLU İLƏ EŞQ YAŞAYIRMIŞ – TƏFƏRRÜAT
Həmin istinadla verdiyimiz yazını sizlərə olduğu kimi təqdim edirik:
Tanınmış müğənni Damlanın əslən Şəmkirdən olan sevgilisinin : “Sipark”ın RƏHBƏRİ SEYMUR İSAYEV olduğu iddia olunur.
XəbərAl.az xəbər verir ki, 7NEWS.az dərgi-dən əldə etdiyi özəl məlumata görə, iddia edilir ki, Damla bir müddətdir şəmkirli iş adamı ilə sevgilidir və fürsət düşdükcə tez-tez onun Şəmkirdə olan villasına yola düşür.
Məlumata görə, həmin şəxsin bir villası da Gəncə şəhərindədir. İddialara görə, həmin şəxs hazırda evlidir və 3 övladı var.
Qeyd edək ki, müğənni şəxsi həyatı ilə bağlı verilən sauala belə cavab vermişdi: “Mənim sevgim qarşılıqlıdır. Buna görə də özümü çox xoşbəxt hiss edirəm. Qismət olsa, evlənəcəyəm”.
7NEWS.az redaksiyasına daxil olan daha bir məlumat isə hər kəsi heyrətləndirdi. Məlumatda deyilir ki, Damlanın evlənmək istədiyi sevgilsi bir zamanlar Şəbnəm Tovuzlu ilə eşq yaşayan “Sipark”ın şirkətinin rəhbəri Seymur İsayevdir. Məlumatda deyilir ki, Seymur İsayevin ailəsi və övladları var. Buna baxmayaraq o zaman-zaman bir çox məşhur müğənnilərlə eşq yaşayıb.
“Sipark”ın şirkətinin adı mediada Akif Çovdarovla tez-tez hallanıb. İddialarda deyilir ki, bu şirkətin bünövrəsi Akif Covdarovun yüzlərlə cinayəti nəticəsində əldə olunan vəsait hesabına qurulub. Məhz buna görə şirkətin adı mediada bu kimi ucuz olaylarla xatırlanır.
Nəhayət, bu yazılar bir çox saytlarda istinadla dərc olundu və böyük səs küyə səbəb oldu.Ona görə ki, Şirkət rəbərinin ancaq tanınmış müğənnilərin bəziləri,ilə eyş-işrət həyatı (ailəli ola-ola) həmin müğənnilərə sponsorluq edib qaldırır və sonra yenisi ilə əvəzləyir. Belə nəticəyə gəlirik ki, “Sipark inşaatın” rəhbəri tikinti işlərindən çox (yani öz işinə uyğun) müğənnilərlə sevgi həyatını qurub onlara yüksək maliyyə dəstəyi olub tanıdır. Həmin müğənnilərində Seymur İsayevlə olan həyatları uğurla nəticələnir.
Bizə maraqlı olan şirkət rəhbərinin Şəbnəm Tovuzlu və Damla adlı müğənnilərlə niyə eşq yaşadığı deyil, maraqlı olan odur ki, saytlarda gedən yazılar bir qurup saytlardan çıxarıldı. Amma nədənsə Xəbəral.az saytından çıxılması məsləhət görülmədi. Belə qərara gəlinir ki, bir qurup özlərini mediya baronu hesab edənlər özlərinə yaxın mediyadan sildirdilər. Bizim yazı ya onlara sərf etmədi yada ki, “Sipark”ın rəhbəri Seymur İsayevə deyiblər ki, “onlar kiçik saytlardır əsas bizik, bizdən muğayit ol və ya bizimlə dostluq et”.
Etsinlər lap yaxşı! pul qazanırlar amma əslində bu sözü gedən yazılara açıqlama verilsəydi daha yaxşı olardı. Tanınmış şou biznes xanımlarının həyatı ilə maraqlanan kütlənin gözü yolda qaldı. Yəni bilinmədi şirkət şefi Seymur İsayev müğənni Şəbnəmin sevgilisidir ya Damlanın?! Bizim də gözlərimiz yolda qaldı, ay bəzi, özlərini mediya klanları hesab edən dostlarımız insafınız olsun heç olmasa bu yazının (Mustafasını açıqlayın) bizdə verək.
Qaldı ki, şirkət rəhbəri Seymur bəyə və ya onun eşq yaşadığı müğənnilərə, sadə dildə desək bacarana baş qurban pulu var edir! Orası bizə önəmli deyil, niyə və nəvaxt etdiyi. Onuda nəzərinizə çatdıraq ki,”Spark inşaat”ın rəhbəri ailəlidir 3 övladı var.

Qarşı tərəfin mövqeyini dinləyib dərc etməyə hazırıq.

Fikirlər

 Oxşar xəbərlər: