Xəbər lentİ
 19-09-2019  Neft yenidən bahalaşıb


QARADAĞ DƏMİR YOL STANSİYASINDA HƏR BİR İŞ GÜNÜN TƏLƏBLƏRİNƏ UYĞUNDUR.

20:56, 17.08.17
320
cemiyyet
QARADAĞ DƏMİR YOL STANSİYASINDA HƏR BİR İŞ GÜNÜN TƏLƏBLƏRİNƏ UYĞUNDUR.


Yaxşıya yaxşı demək vicdan borcudur. İstər vəzifə sahibi olsun, istərsədə sıravi, sadə vətəndaş. Mən bu gün bu iki vəhtədi özündə birləşdirən bir azərbaycanlıdan söhbət açacam. O azərbaycanlı ki, ömrünü sadiqliyə və zəhmətə kökləyib, bütün çətinliklərdən, dedi-qodudan üzü ağ çıxıb, evində mükəmməl bir ata, işində yorulmaz rəhbər, nümunəvi müdir. Bu şəxs kimidir? Bu şəxs hər kəsin dostu Qaradağ Stansiyasının rəisi Məhərrəm Məmmədovdur . Bu insanı hər kəs tanıyır. Hər kəs onuda bilir ki, problemləri ilə qəbuluna gələn hər bir şəxsə yardımçı olmağı özünə borc bilən bir vəzifə sahibidir Məhərrəm müəllim. Bu insan, O qədər məsuliyyətli və diqqətçildir ki, hansı vəzifədə işləməyinə baxmayaraq, əlindən gələni əsirgəmir.
Məhərrəm Məmmədov vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən rəhbərlərdəndir.
Xoşbəxt o şəxsdir ki, onu geniş ictimai auditoriya daşıdığı vəzifəsinin öhdəsindən layiqincə gəlmək bacarığına, xeyirxah əməllərinə, ziyalılığına, yaradıcılıq qabiliyyətinin göstəricilərinə və.s-yə görə tanıyıb hüsnü-rəğbət bəsləyirlər..
Amma mətbuatdan anlayışı olmayan və şər-böhtanla məşğul olan insanlar düşünmürlər ki, bir şəxs barədə fakta əsaslanmadan yalan və şantaj xarakterli xəbər yazmaq şərəfsizlikdir Qaradağ Stansiyasının rəisi Məhərrəm Məmmədovun məmur nüfuzuna xələl gətirməyə çalışan, şəxsi həyatına müdaxilə edən və fakta əsaslanmadan şantaj xarakterli məlumatlar yazan bu saytların çirkin əməlləri niyə ifşa edilmir? həmin saytlar əsası oldu- olmadı tənqidi yazılar hazırlayaraq Məhərrəm Məmmədovu nüfuzdan salmağa çalışırlar.
Bu yüksək vəzifəli şəxs barədə yalan dolu məlumatlar yazan saytların çirkli yollarla pul qazanmaq niyyəti məlum olub. Amma həmin yazıları hazırlayan insanlar
düşünməlidilər ki, uzun illər dövlətçiliyə sədaqətlə xidmət edən və yüksək vəzifələrdə çalışan Məhərrəm Məmmədovu şantaj yolu ilə ləkələyib gözdən sala bilməyəcəklər.

Fikirlər

 Oxşar xəbərlər: