Xəbər lentİ
 22-11-2019  Sabah qar yağacaq
 20-11-2019  Sabah qar yağacaq


Bakıda liftin trosu qırıldı: 7 nəfər yaralandı – FOTO

16:18, 23.12.15
444
cemiyyet
Bakıda liftin trosu qırıldı: 7 nəfər yaralandı – FOTO










Rəis müavini əraziyə baxış keçirir

Bakıda səhər saatlarında bədbəxt hadisə baş verib.

Qanunpress.info “Qafqazinfo”-a istinadən xəbər verir ki, qəza Nərimanov rayonunda baş verib.

Qarabağ küçəsində yerləşən binaların birində liftin trosu qırlıb. Həmin an liftdə olan 3 azyaşlı olmaqla, 7 nəfər ağır yaralanıb.

Liftdə yaralananlar arasında ər-arvadda olub. Onlar üç gün əvvəl ailə qurublar. Yaralılar 1 saylı Şəhər Kliniki Xəstəxanasına (Semaşko) aparılıb.

Hadisə şahidlərinin sözlərinə görə, xoşbəxtlikdən liftin trosu yuxarı mərtəbədə qırılmayıb. Lift birinci mərtəbədə dayanmayıb və “padval”a düşüb.

Hazırda Nərimanov rayon prokuroru və Nərimanov RPİ. 18-ci PB-nin rəis müavini də sözügedən binadadır və əraziyə baxış keçirilir.

Bakıda liftin trosu qırıldı: 7 nəfər yaralandı – FOTO
Bakıda liftin trosu qırıldı: 7 nəfər yaralandı – FOTO
Bakıda liftin trosu qırıldı: 7 nəfər yaralandı – FOTO
Bakıda liftin trosu qırıldı: 7 nəfər yaralandı – FOTO

Fikirlər

 Oxşar xəbərlər: