Sizin reklam burada
Sizin reklam burada

“Sədərək TM”-nin sahibi Yusif Qədimbəyli üçün karantin-zad yoxdur.. - Ata “Sədərək”də, oğul Vüqar Qədimbəyli Prezident Administrasiyasında

“Sədərək TM”-nin sahibi Yusif Qədimbəyli üçün karantin-zad yoxdur.. - Ata “Sədərək”də, oğul Vüqar Qədimbəyli Prezident Administrasiyasında



“Sədərək TM”-nin sahibi Yusif Qədimbəyli Prezidentin göstərişini saymır?

Məlumat üçün qeyd edək ki, “Sədərək Ticarət Mərkəzi” 1995-ci ildə yaranıb və hazırda iş adamları ABŞ, Fransa, İtaliya, Çin, Yunanıstan, Rusiya, Türkiyə, İran, Çexiya, Polşa kimi bir sıra xarici ölkələrdən idxal etdikləri məhsulları bu ticarət şəbəkəsində satırlar. Yəni “Sədərək Ticarət Mərkəzi” Cənubi Qafqazın ən böyük topdansatış mərkəzlərindən biridir.
Bu mərkəzin sahibinin Yusif Qədimbəyli ( Qədimov ) olması barədə mətbuatda dəfələrlə yazılsa da, şirkətin əsl sahibinin kim olması haqda müxtəlif versiyalar var.
Yeri gəlmişkən, Yusif Qədimbəyli bir neçə il əvvəl Nizami rayonu ərazisində, Qara Qarayev metrosunun düz çıxışında böyük ərazini hasarlayaraq ticarət mərkəzi tikmək istəyirdi. Təsəvvür edin ki, körpə uşaqların hər gün oynadığı ərazini, sakinlərin keçdiyi səkini, yolu hasara almışdı. Və məlumata görə, rəsmi sərəncam almaq üçün Bakının və Nizami rayonunun o zamankı rəhbərliyi ilə 1 milyon manata sövdələşmişdi.
Ancaq sakinlərin 1-ci Vitse-Prezident Mehriban xanım Əliyevaya müraciətləri öz nəticəsini verdi.
Xanım Əliyevanın qəti göstərişindən sonra həmin ərazidəki tikinti ləğv olundu. Və sakinlər rahat nəfəs aldı. Sonra həmin məhəllədə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə AZAD MƏHƏLLƏ layihəsi tətbiq olundu. Kim istəsə həmin əraziyə baş çəkib hazırkı durumla tanış ola bilər.
Deyəcəyimiz odur ki, Yusif Qədimbəyli elə bilirdi ki, pulu varsa, hər şeyi edə bilər. Amma ona başa saldılar ki, get Sədərəkdə alverini elə və ayağını yorğanına görə uzat.
Düzdür Yusif Qədimbəylinin Prezident Administarsiyasında olan dostları ona deyirdi ki, səbrli ol, həll edəcəyik. Amma alınmadı. Və əvəzində onun yaxın dostu Yusif Qədimbəylinin oğlu Vüqar Qədimbəylini PA-na vəzifəyə apardı.
Bütün bunlar öz yerində. İndi isə keçək bugünkü duruma.
Yəqin diqqətli oxucular hiss edir ki, hər gün mətbuatda “Sədərək Ticarət Mərkəzi” fəaliyyətə başlamağa hazırlaşır, Sədərək Ticarət Mərkəzində yanğın oldu və s kimi xəbərlər tirajlanır.
Birincisi, bu xəbərlər vətəndaşları çaşdırmaq, daha doğrusu, real vəziyyəti gizlətmək üçündür.
Çünki ölkədə koronavirus epidemiyasına, karantinə, qadağalara baxmayaraq Sədərək Ticarət Mərkəzi öz işindədir. Mərkəzdə alver də, ticarət də davam edir.
Sadəcə, Yusif Qədimbəyli mətbuata xəbər ötürür ki, guya Mərkəz işləmir və yaxın zamanlarda fəaliyyətə başlayacaq.
Ölkə rəhbərliyinin, Nazirlər Kabinetinin, Operativ Qərargahın göstərişləri Yusif Qədimbəyli üçün önəmli deyil. Əsas odur ki, icarədarlar işləsin və ayın sonunda pullar yığılsın.
Bəs görəsən tez-tez Sədərək Ticarət Mərkəzində yanğın oldu, yanğın söndürüldü və s kimi xəbərlər nə üçündür..?
Bu barədə araşdırmamız davam edir. Unutmayaq ki, boş yerdən tüstü çıxmır.
(gundelik-baku.com)

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ