Xəbər lentİ


“Türkiyənin Azərbaycanın yanında daha güclü, daha fundamental şəkildə yer alması təmin olunmalıdır” - GƏLİŞMƏ

08:03, 12.10.20
122
cemiyyet
“Türkiyənin Azərbaycanın yanında daha güclü, daha fundamental şəkildə yer alması təmin olunmalıdır” - GƏLİŞMƏ



Ötən gün Ermənistanın gecə saatlarında Gəncəni raket zərbələrinə məruz qoyması nəticəsində xeyli sayda mülki insan həlak olub və yaralanıb. Hansı ki, Ermənistan bundan öncə də yaşayış məntəqələrini atəşə tutmuş, bununla da mülki insanların ölümünə səbəb olmuşdur.

Dinc insanlara qarşı terror aktları həyata keçirən Ermənistanla yanaşı, onu himayə edən, silahlandıran dövlətlərin də ittiham və ifşa edilməsi zəruri deyilmi?

Moderator.az-a açıqlama verən “Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli, Ermənistanla yanaşı onu himayə edənlərin də ifşa edilməsinin vacib olduğunu qeyd edib:

“Ermənistanla yanaşı, onu himayə edənlərin də ifşa edilməsi mütləqdir. Ermənistan terrorçu bir dövlətdir. Ermənistan sadəcə Azərbaycanı deyil, bütün Cənubi Qafqazı inkişafdan ləngidən məkirli düşməndir. Baş verənlər sübut etdi ki, Ermənistan həm Rusiyanın, həm də Fransanın bölgədəki maşasıdır. Biz Ermənistanın bölgədə insani-bəşəri dəyərlərə qarşı mübarizə aparan, bu dəyərləri heçə sayan hərbi-siyasi mərkəz olması gerçəyini təbliğ etməliyik. Onu silahlandıran və himayə edən, eyni zamanda ATƏT-in Minsk qrupunun həmsədri olan Rusiya və Fransadan hesabat istəməliyik. Onların bu bölgədə bəşəriyyəti təhdid edən bir ölkəni silahlandırmaq ittiham etməliyik. Biz bu yöndə beynəlxalq qurumlar qarşısında məsələ qaldırmalıyıq. ATƏT formatının birmənalı şəkildə gömülməsi artıq günün tələbidir. Bunun üçün ölkəmiz vahid platformadan çıxış etməlidir.

Türkiyənin təxirəsalmadan Azərbaycanın yanında daha güclü, daha fundamental, daha əsaslı şəkildə yer almasını təmin etmək lazımdır. Bu, artıq Azərbaycanın daxili işi deyil. Bu, türk dünyasını və bəşəriyyəti fəlakətə aparan bir problem olaraq ortaya çıxır. Ermənistanı himayə edən hər kəs ifşa olunmalıdır”.
0

Fikirlər

 Oxşar xəbərlər: