Xəbər lentİ


Şirvan sakini külli miqdarda narkotik və psixotrop maddələrlə tutulub

17:20, 24.01.20
125
bolge
Şirvan sakini külli miqdarda narkotik və psixotrop maddələrlə tutulub



Şirvan polisinin keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini Aftandil Məmmədov saxlanılıb.

Qanunpress.com xəbər verir ki, onun üzərinə keçirilən baxış zamanı 1 ədəd bükümdə ümumi çəkisi 80,184 qram psixotrop maddə metafetamin və 1 ədəd bükümdə ümumi çəkisi 104,718 qram olan heroin aşkar edilərək götürülüb.

Əməlliyyat tədbirinin davamı olaraq Məmmədovun evinə keçirilən baxış zamanı çəkisi 3,960 qram narkotik vasitə hesab olunan qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsinin İstintaq bölməsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, əməliyyat- istintaq tədbirləri davam etdirlir.

Fikirlər

 Oxşar xəbərlər: