Xəbər lentİ

Daşkəsəndə Nəsiminin 650 illik yubileyi ilə bağlı ağacəkmə aksiyası keçirilib

15:56, 06.12.19
163
bolge
Daşkəsəndə Nəsiminin 650 illik yubileyi ilə bağlı ağacəkmə aksiyası keçirilib

Mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bir gündə 650 min ağac əkilməsi təşəbbüsü Daşkəsən rayonunda böyük razılıqla qarşılanıb.

Keçirilən ağacəkmə aksiyasında Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və xidmət təşkilatlarının kollektivləri, ziyalılar, sakinlər və ictimaiyyət nümayəndələri həvəslə, yüksək əhval-ruhiyyə ilə iştirak ediblər.

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev ağacəkmə aksiyasında deyib: “Respublikamızın Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevanın təşəbbüsü ilə keçirilən bu nəcib və xeyirxah tədbir ölkəmizdə yeni yaşıllıq zonalarının salınmasına, Azərbaycanımızın daha da gözəlləşməsinə, zənginləşməsinə böyük töhfə verməklə yanaşı, mühüm bir hadisədir”.

Havanın qarlı və şaxtalı olmasına baxmayaraq, 1200 nəfərdən çox daşkəsənlinin iştirak etdiyi aksiyada bir gündə 2500 ağac əkilib.

Bayram coşğusu ilə keçirilən ağacəkmə aksiyası Daşkəsən şəhərinin girəcəyində, rayonun Bayraq meydanında və müxtəlif ərazilərdə təşkil olunub.

Bir neçə gün əvvəl qabaqlayıcı tədbirlər görülərək kəndlərlə rayon mərkəzi arasında olan yollar texnikaların köməyi ilə qardan təmizlənib, nəzərdə tutulan ərazilərdə ağacların əkilməsi üçün çalalar qazılıb.

Aksiya çərçivəsində şam, ərik, göyrüş, tuya, ağcaqayın kimi ağaclar torpağa basdırılıb, dibləri doldurulub və suvarılıb.

Rayon musiqiçilərinin qara zurna və sazda ifaları tədbirə əlavə rəng qatıb.

Elmar ƏLİYEV Daşkəsən RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı

Fikirlər

 Oxşar xəbərlər: