Xəbər lentİ


DAŞKƏSƏN RAYON İCRA HAKİMİYYƏTİNİN BAŞÇISI ƏHƏD ABIYEV ALMALI KƏND SAKİNLƏRİ İLƏ NÖVBƏTİ SƏYYAR QƏBULUNU KEÇİRİB

16:57, 04.12.19
152
bolge
DAŞKƏSƏN RAYON İCRA HAKİMİYYƏTİNİN BAŞÇISI ƏHƏD ABIYEV  ALMALI KƏND SAKİNLƏRİ İLƏ NÖVBƏTİ SƏYYAR QƏBULUNU KEÇİRİB




Dekabrın 4-də Prezident cənab İlham Əliyevin tapşırıq və tövsiyəsinə uyğun olaraq Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin növbəti səyyar qəbul-görüşü Almalı kəndində keçirilib.
Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə təşkil olunan görüşdə sakinlərə dövlət başçısının yürütdüyü məqsədyönlü siyasət, son günlər dövlət məmurları haqqında söylədiyi fikirlər, vətəndaşlara göstərdiyi diqqət və qayğı, xüsusilə də əhalinin maddi rifah halının, sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində verdiyi tapşırıq və tövsiyələr, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın vətəndaşlara olan diqqət və qayğısından danışıb. Bildirib ki, əhalinin rifahının daha da yaxşılaşdırılmasına yönəlmiş tədbirlər Prezident cənab İlham Əliyevin rəhbərliyi altında bundan sonra da davam etdiriləcəkdir.
Rayon rəhbəri çıxışında Daşkəsənin sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, o cümlədən son illər ərazidə görülmüş işlər barədə də məlumat verib. Xüsusilə diqqətə çatdırıb ki, Almalı kənd tam orta məktəbinin yararsız binası sökülərək əvəzində modul tipli bina quraşdırılmış və cari ilin sentyabrında istifadəyə verilmişdir.
Sonra vətəndaşların müraciətləri dinlənilib.
Sakinlər kəndə gələn avtomobil yolunun cari təmir olunması, qaz xəttinin çəkilməsi, içməli suyun mənbəyinin təmizlənməsi və təmir olunması, nasaz elektrik dayaqlarının dəyişdirilməsi və digər şəxsi məsələlər barədə müraciətlər ediblər.
Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev sakinlər tərəfindən səsləndirilən müraciətlərin bir qismini yerində həll edib, bəzilərinin həll edilməsi məqsədilə isə aidiyyəti qurumlar qarşısında məsələ qaldırılmasını tapşırıb.
Kənd sakinləri problemlərinin öyrənilməsi və həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə ölkə rəhbəri cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.


Elmar ƏLİYEV
Daşkəsən RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər
şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı

DAŞKƏSƏN RAYON İCRA HAKİMİYYƏTİNİN BAŞÇISI ƏHƏD ABIYEV  ALMALI KƏND SAKİNLƏRİ İLƏ NÖVBƏTİ SƏYYAR QƏBULUNU KEÇİRİB
DAŞKƏSƏN RAYON İCRA HAKİMİYYƏTİNİN BAŞÇISI ƏHƏD ABIYEV  ALMALI KƏND SAKİNLƏRİ İLƏ NÖVBƏTİ SƏYYAR QƏBULUNU KEÇİRİB
DAŞKƏSƏN RAYON İCRA HAKİMİYYƏTİNİN BAŞÇISI ƏHƏD ABIYEV  ALMALI KƏND SAKİNLƏRİ İLƏ NÖVBƏTİ SƏYYAR QƏBULUNU KEÇİRİB
DAŞKƏSƏN RAYON İCRA HAKİMİYYƏTİNİN BAŞÇISI ƏHƏD ABIYEV  ALMALI KƏND SAKİNLƏRİ İLƏ NÖVBƏTİ SƏYYAR QƏBULUNU KEÇİRİB

Fikirlər

 Oxşar xəbərlər: