Xəbər lentİ
 22-11-2019  Sabah qar yağacaq
 20-11-2019  Sabah qar yağacaq


Yardımlı Doğum Evində "GİROV” saxlanılan körpələr - Zəhranın "HESAB"ı ÇATMAYANDA

17:12, 08.11.19
161
bolge
Yardımlı Doğum Evində "GİROV” saxlanılan körpələr - Zəhranın "HESAB"ı ÇATMAYANDA



Azərbaycan Prezidentinin yanında iqtisadi müşavirədə geniş nitq söyləyən ölkə başçısı qeyd etmişdir ki, "...İslahatlara alternativ yoxdur, kim bu yolun yolçusudursa, əlbətdə işləyəcək, amma kim buna qarşı çıxır və altdan-altdan bizim işimizə mane olmaq istəyir, əlbətdə ki, belə adamlarla biz bir yolun yolçusu ola bilmərik...”
Görünür ölkə başçısının bu çıxışından Yardımlı Mərkəzi Rayon Xəstəxanasının rəhbərliyinin xəbəri yoxdur. Əgər xəbərləri olsaydı heç bir tərəddüd etmədən rüşvət tələb etməkdən çəkinərdilər.
BİA.az-a üz tutan narazı insanların Yardımlı Doğum Evindən şikayətçi olması rayondakı rüşvət çetesini daha da qəzəbləndirib. İddialara görə həkimi Zəhra Şabıyeva rüşvəti adamdan elə təkidlə istəyir ki, bir anlıq düşünürsən ki, sanki Zəhra həkimə doğuşdan borcum var. Yalnız sərvət marağında olan Zəhra həkim bir anlıq xəstəninin hansı vəziyyətdə olduğundan aslı olmayaraq onu unudur.
"...əvvəlcə haqqımı verin, sonra xəstənizə baxacam” – deyən Zəhra həkim xəstəni və uşağı soyuq otaqda saxlamaqdan belə çəkinmir. Bütün bunlar azmış kimi tabeçiliyində olan tibbi personala göstəriş verərək deyir ki, bəlkə pul vermədilər, işıqları söndürün, qızdırıcılardan istifadə etməyin, işıq pul yazır. Dövlət müəssisəsini "özəlləşdirərək” şəxsi biznesi kimi təsəvvür edən Zəhra həkimin "HESAB"ı çatdırmayacağı təqdirdə, ana və yeni doğulmuş körpənin "GİROV” saxlanılacağı təhlükəsi ilə üzləşməynizdən təəccüblənməyin. Onun belə əməllərindən rayon sakinlərinin böyük əksəriyyəti zara gəliblər.
Görəsən, rüşvət iddiasında olan belə həkimlərə kimlər və necə havadarlıq edir?
Yardımlı Doğum Evində "GİROV” saxlanılan körpələr - Zəhranın "HESAB"ı ÇATMAYANDA
Baş həkim Rasim Əkbərova bu barədə şəxsən müraciət etsək də, heç bir fayda vermədi. Buradan belə bir fikir meydana çıxır.
Ya bu rüşvətdən Rasim həkimə də pay çatır, ya da Zəhra xanım onu rəhbər kimi saymır.
Təbii ki, ikinci variant inandırıcı görünmür, əgər Zəhra xanım baş həkimi saymasaydı, Rasim Əkbərov yəqin ki, onun barəsində ölçü götürməsi hələdə uzanmazdı.
Bia.az

Fikirlər

 Oxşar xəbərlər: