Xəbər lentİ


Qəbələ rayonunun bir sıra meşə massivləri bir sıra şəxslər tərəfindən qırılaraq məhv edilir.

21:35, 19.09.19
192
bolge
Qəbələ rayonunun bir sıra meşə massivləri bir sıra şəxslər tərəfindən qırılaraq məhv edilir.


Qəbələnin Mıxlıqovaq, Solquca və Tikanlı kəndlərinə yaxın meşə ərazilərinin böyük bir hissəsi qırılaraq düzəngaha çevrilmişdir.
Rayonun Nic qəsəbəsinin isə meşəlik əraziləri demək olar ki, tamamilə məhv edilmişdir.
Nic qəsəbəsinin " alçalıq" adlanan meyvə bağlarının yaxınlığında ağac məmulatlarının emalı ilə qanunsuz məşğul olan emalatxana fəaliyyət göstərir və bu barədə ekologiya və təbii sərvətlər idarəsinin ərazi üzrə məsul şəxslərinin də məlumatı vardır.
Nic qəsəbəsində kütləvi kömür istehsalı ilə əlaqədar isə digər sakinlər tərəfindən yuxarılara dəfələrlə müraciətlərin ünvanlanmasına baxmayaraq hələlik bu cinayət əməllərinin qarşısını alan yoxdur.
Maraqlısı odur ki, Qəbələdə münasib hava şəraiti yaranan kimi meşələrin qırılıb məhv edilmiş hissələrində yanğınlar baş verir.
Bir sözlə ekologiyanın və təbii sərvətlərin önündə duran, həyatın və canlı aləmin var olmasında əsas amillərdən biri- meşə təsərrüfatımız aidiyyatlı qurumların hərəkəti və ya hərəkətsizliyi ucbatından məhv olunmaqdadır.

Xeberfakt.az saytı üçün
Qəbələ regional bürosundan Elnur Mahmudov

Fikirlər

 Oxşar xəbərlər: