Xəbər lentİ
 19-09-2019  Neft yenidən bahalaşıb


Bərdədə 19 yaşlı oğlan yutubdakı videoya görə intihara cəhd etdi

16:58, 08.09.19
147
bolge
Bərdədə 19 yaşlı oğlan yutubdakı videoya görə intihara cəhd etdi



Bərdədə intihara cəhd hadisəsi baş verib.
2000-ci il təvəllüdlü Abdulkərimov Kamal Rafiq oğlu mal-qaranı bitdən qorumaq üçün istifadə edilən dərmandan içib.
Bərdə rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsində yerləşdirilən Şatrlı kənd sakininin vəziyyətinin ağır olduğu bildirilir.
Qeyd edək ki, bir müddət əvvəl Kamal feysbukda naməlum şəxslərlə mübahisə edib. Nəticədə onun dava etdiyi şəxslər Abdulkərimovun şəkillərindən ibarət video hazırlayaraq təhqiramiz ifadələrlə Yutubda paylaşıblar. Yaxınlarının verdiyi məlumata görə, videonun silinməsi üçün Kamal hüquq-mühafizə orqanlarına müraciət edib. Lakin video silinmədiyi üçün o, özünü öldürmək istəyib. ("Qafqazinfo")

Fikirlər

 Oxşar xəbərlər: