Bərdədə ahıl kişilər bir-birini bıçaqlayıb

20:24, 09.08.19
126
bolge
Bərdədə ahıl kişilər bir-birini bıçaqlayıb


Bərdə rayonunda bıçaqlanma olub.

"Report"un Qarabağ Mərkəzinin məlumatına görə, hadisə rayonun Lənbəran kəndi ərazisində baş verib.

Belə ki, kənd sakinləri - 1953-cü il təvəllüdlü Şəmsəddin Səlimovla 1957-ci il təvəllüdlü Elman Qasımov mübahisə ediblər. Mübahisə zəminində hər iki tərəf evdən götürdükləri mətbəx bıçağı ilə bir-birini bıçaqlayıblar.

Hər iki şəxs qarın və bud nahiyələrindən bir neçə bıçaq zərbəsi alıb. Hadisə zamanı hər iki ahıl kişi çoxlu qan itirib və huşsuz vəziyyətdə yerə yıxılıblar. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və rayonun Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub. Yaralılar Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Kənd sakinləri "Report"un yerli bürosuna bildirib ki, mübahisə Ş.Səlimovun mal-qarasının E.Qasımovun bağına ziyan verməsinə görə olub. Hər iki şəxs cərrahiyyə əməliyyatı olunub və xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırmalara başlanılıb.

Fikirlər

 Oxşar xəbərlər: