Xəbər lentİ


Səftər Əlabbasov - şərəfli ömür yolu.

10:06, 15.04.19
213
bolge
Səftər Əlabbasov - şərəfli ömür yolu.





Səftər İxtiyar oğlu Əlabbasov 1976-cı ildə Ağsu rayonunun Daşdəmirbəyli kəndində anadan olub.
Azərbaycan Beynəlxalq Universitetinin riyaziyyat və informatika fakultəsini bitirib.
2005-2013-cü illərdə Ağsu rayonu Daşdəmirbəyli kəndində ixtisası üzrə müəllim və direktor müavini işləyib.
2013-2016-ci illərdə Ağsu rayonu Təhsil Şöbəsində metodist vəzifəsində çalışıb.
2016-2017-ci illərdə Ağsu rayonu Təhsil Şöbəsinin müdir müavini vəzifəsində işləyib.
Ağsu rayon İcra Hakimiyyəti başçısının 28 iyul 2017-ci il tarixli, 125 nömrəli sərəncamı ilə Ağsu rayon Təhsil Şöbəsinin müdiri vəzifəsinə təyin edilib.
Dillər əzbəri olan bu fikir belədir. Ağıllı adam düşdüyü çətinliklərdən hər zaman çıxış yolu tapır. Aqil adam isə ümumiyyətlə heç bir çətinliyə düşmür. Bəli, hazırkı dönəmdə belə insanlara nadir hallarda rast gəlinir. Son illərdə baş verənlərin yekununda diqqət çəkiləsi xeyli problematik situasiyalar var ki, günümüzdə dərhal həllinə çalışmalı və daha geniş miqyasda yayılmasına imkan verilməməlidir.
Yaşadığımız cəmiyyətdə az qala gündəlik eşitdiyimiz bir kəlmə, hazırki nəsil cırlaşıb kimi ifadələr eşitmə sistemimizi az qala iflic vəziyyətinə salıb. Bəli, bu situasiya üzərində o kəslər ki, müəyyən çıxış yollarının aramasını vacib sayırlar, belələri alqışa layiqdirlər. İnsan var olduğu dövr üçün çalışdığı kimi həyatda olmayacağı dövr üçün də çalışıb, gələcək nəsillər üçün gözəl şərait, abad məmləkət, ədalətli quruluş, ləyaqətlə yaşayıb ləyaqətlə dünyadan köç etmək örnəyini qoymalıdır.
Ağsu Rayon Təhsil Şöbəsinin müdiri Səftər Əlabbasov belə insanlardandır.
Yeganə məmurdur ki, hökmü, məmur gücü, sərəncamı ilə deyil şəxsiyyəti ilə insanlar üzərində idarəçilik qurub. Hətta bəzən insanların ona daha üstün sayğı ilə “müəllim” deməsi də burdan qaynaqlanır.
Vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən məmur problemi tarixən olmuş və gələcəkdə də olacaqdır. Bu problem yeni yaranmış gənc dövlətlərdə daha qabarıq şəkildə özünü biruzə verməkdədir. Təşəbbüskar Azərbaycan vətəndaşı, ictimai-siyasi proseslərdə ciddi şəkildə iştirak edən bir insan kimi, bu problem məni həmişə düşündürüb. Qəti qərara gəlmişəm ki, yaxşılara yaxşı deməyin, onların əsl qiymətini verməyin zamanı çoxdan yetişib.
Səftər müəllim işlədiyi Ağsu Rayon Təhsil Şöbəsində təlim-tərbiyənin yüksək səviyyədə təşkilinə , eləcədə təhsildə böyük uğurlar qazanması Səftər müəllimin zəhməti sayəsində başa gəlib.
Bizdə bu çətin və şərəfli işində Səftər müəllimə və bütün koolektivinə gələcək işlərində uğurlar arzulayırıq.

Fikirlər

 Oxşar xəbərlər: