Sizin reklam burada
Sizin reklam burada

Kürdəmirdə təhsil almaq problemdir - GİLEY

Kürdəmirdə təhsil almaq problemdir - GİLEY


Kürdəmirin Söyüdlü kəndində internet problemi şagirdləri dərslərdən geri qoyur. DİA.AZ bildirir ki bu barədə Kürdəmir rayon, Söyüdlər kənd sakini Nurəddin Bağırov məlumat verib.

Övladları online təhsil alan Nurəddin Bağırov yaşadığı kənddə internetin zəif olmasından şikayət edir: “3 övladım var, üçü də məktəblidir. Məcbur olub mağazadan 18 ay müddətinə kreditlə 2 ədəd smartfon telefon götürmüşəm. Ayda hərəsinə 20 manata yaxın pul ödəyirəm. Kəndimizdə də internet sürəti çox zəifdir. Buna görə də uşaqların dərslərdə iştirakı üçün ayda 45 manatlıq internet paketi götürürəm. Bu da mənə ayda 85 manata başa gəlir, bu isə əməkhaqqımın üçdə bir hissəsidir.”

Nurəddin Bağırov Kürdəmir rayon Elektrik Şəbəkə İdarəsində fəhlə işləyir. Deyir, ailəm 5 nəfərdən ibarətdir. Əmək haqqımdan başqa dövlət tərəfindən hər hansı bir gəlirim yoxdur.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ