Sizin reklam burada
Sizin reklam burada

"Bir günlük dolanışıq üçün də vəsaitimiz yoxdur" - GİLEY

"Bir günlük dolanışıq üçün də vəsaitimiz yoxdur" - GİLEY



DİA.AZ: - Saatlı şəhər, Zərdabi küçəsi ev 47-da yaşayan Gülağa Seyidağa oğlu Sultanov rayonda şadlıq saraylarından birində videooperator kimi işləyib. DİA.AZ xəbər verir ki, Gülağa Sultanovun ailə üzvləri 5 nəfərdən ibarətdir.

Verilən məlumata görə, G.Sultanov hazırda acınacaqlı durumda yaşayır və o durumunu belə izah edir: "Bir günlük dolanışıq üçün də vəsaitimiz yoxdur".

Məlum Pandemiya səbəbi ilə əlaqədar, şadlıq sarayları fəaliyyətini müvəqqəti olaraq dayandırdığı üçün Gülağa Sultanov da yeddi aydır ki, işsiz qalıb. O, dəfələrlə Saatlı rayon məşğulluq idarəsinə məlumat versə də, işsiz qaldığı bu müddətdə heç bir kompensasiya ala bilmədiyindən şikayətlənir.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ